Mobil versiya
Lobyanın sağlamlığa faydaları - Xərçəngdən də qoruyurmuş!
Tarix: 26-04-2020 | Saat: 21:00
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Lobyanın sağlamlığa faydaları - Xərçəngdən də qoruyurmuş!



Lobyanın bir çox faydaları xüsusiyyətləri var. Qida mütəxəssisləri qeyd edir ki, lobya güclü xərçəng əleyhinə təsirə malikdir.

Onun tərkibində olan fenol birləşmələri kanserogen maddələrin orqanizmə olan təsirini azaldır. Tünd rəngdə lobya bu mənada daha faydalıdır.

Bundan əlavə lobyanın tərkibində olan flavonoidlər ürək-damar sisteminə çox müsbət təsir edir, təzyiqi salmağa yardım edir.

AIA.Az saglamolun.az-a istinadən bildirir ki, liflərin sayəsində lobya bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini aşağı salır.

Lobya arginin maddəsi ilə zəngindir. Bu maddə qanda şəkəri salmağa yardım edir.

Araşdırmalar göstərib ki, lobya orqanizmdə piyin miqdarını azaltmağa və arıqlamağa da kömək edir.

Mütəxəssislər həftədə 2-3 dəfə bişmiş lobyanı yeməyi tövsiyə edirlər.

Bildiyimiz kimi, lobya qarında köpə səbəb olur. Bu təsiri azaltmaq üçün lobyanın ən azı 12 saat ərzində soyuq suda isladın, sonra suyu süzün, lobyanı yaxşı yuyun və hazır olana qədər bişirin.

AIA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024