Nazirlik daha 50 min şəxs üçün birdəfəlik ödənişi köçürdü
Tarix: 26-04-2020 | Saat: 19:29
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlıların daha 50 min nəfəri üçün birdəfəlik vəsaiti (190 manat) aidiyyəti üzrə köçürdü.
Nazirlikdən AİA.Az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və proqram üzrə 600 min şəxs üçün birdəfəlik ödəniş edilməsi nəzərdə tutulub. Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Artıq birdəfəlik ödəmə vəsaiti köçürülənlərin sayı 400 minə çatıb. Onlara ümumilikdə 76 milyon manat vəsait köçürülüb.
Birdəfəlik ödəmə vəsaiti köçürülən şəxsin bu ödəməni almaq üçün müraciət edərkən qeyd etdiyi telefon nömrəsinə bu barədə SMS göndərilir. O, mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda "Azərpoçt" MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edir.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər