Mobil versiya
Kreditlərlə bağlı suallara ekspertdən - Cavab
Tarix: 26-04-2020 | Saat: 19:25
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Kreditlərlə bağlı suallara ekspertdən



"Mərkəzi Bank nəhayət ki maliyyə sektoruna nəzərdə tutulan dəstəyin detallarını açıqladı. Bankın İdarə Heyətinin qərarı ilə 3 əsas sektora –bank, sığorta və kapital bazarı iştirakçılarına əlavə dəstəkləyici tədbirlər təsdiq edilib".

AİA.Az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev feysbuk hesabında paylaşım edib.

Ekspert əsas diqqəti maliyyə sektorunda böyük çəkiyə malik bank sektoruna yönədib:

"Dəstəkləyici tədbirlərin detalları barədə dövri mətbuatda, o cümlədən sosial şəbəkələrdə geniş məlumatlar verilib, ekspertlər tərəfindən rəylər verib. Ona görə detallara çox da varmayacam. Sadəcə bəzi nüansları qeyd etmək istəyirəm.

1.Banklar və kredit müştəriləri üçün 2 seçim təklif edilir. Ya kreditlər restrukturizasiya edilməli, əgər bu hansısa səbəbdən mümkün olmazsa, şərtlər qüvvədə qalır, gecikməyə görə əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması tövsiyə olunur.

2.Dəstək proqramı ancaq biznes kreditlərinə və ipoteka kreditlərinə şamil edilir. Güzəştlər istehlak kreditlərinin digər növlərinə (məsələn, avtomobil, məişət texnikası və s.) tətbiq edilmir.

3.Biznes və ipoteka kreditlərinin heç də hamısı güzəştdən yararlana bilməz. Bunun üçün həmin kreditlərin keyfiyyəti qənaətbəxş olmalıdır. Yəni müştəri 2020-ci il martın 1-i tarixinə qədər kreditin ödənişi 30 gündən çox gecikməməlidir.

4.Kredit faizləri və məbləğləri üzrə güzəştlər nəzərdə tutulmayıb. Güzəşt ancaq gecikməyə görə tətbiq edilməli olan əlavə cərimə faizlərinə, dəbbə pulu və digər ödənişlərə şamil edilir. Bu o deməkdir ki, müştərilər kreditlərini ödəməkdə davam etməlidirlər.

5.Müştərilər kredit borcunu gecikdirərlərsə, onların kredit tarixçələrinin pisləşməsi 30 sentyabr 2020-ci il tarixinədək dondurulur.

Bütün bunlar bank müştərilərinə edilməsi nəzərdə tutulan güzəştlərdir. Bankar üçün də güzəştlər nəzərdə tutulub. Bu, bankların requlyativ yükünün azaldılması (adekvatlıq əmsalının azaldılması, kontr-tsiklik kapital buferinin endirilməsi, dividend ödənişlərinin dayandırılması və s.) istiqamətindədir. Bundan əlavə tibbi ləvazimat və avadanlıqlar istehsalçılarına verilən kreditlərinin risk səviyyəsinin 100%-dən 20%-dək azaldılması bankların bu sektora kredit ayırmasına marağını artırmaq məqsədi daşıyır. Eyni zamanda nəğdsiz ödənişləri stimullaşdırmaq üçün bir sıra tariflər aşağı salınıb.

Bəs sənəddə nə yox idi? Və ya nəyin olması məqsədəuyğun olardı?

1.Restrukturizasiya seçimi müştərilərə verilsə də, qərar vermə hüququ banklarda qalır. Yəni burda hər şey konkret bankın subyektiv seçimindən, yanaşma tərzindən asılıdır.

2.İnsanların daha çox ehtiyacı olduğu kredit tətili tətbiq edilmir. Güzəştlər ancaq cərimə və dəbbə pullarına tətbiq edilir. Müştəri müqavilə şərtlərini dəyişdirə bilməzsə, bu halda köhnə ödəniş qrafikinə uyğun öhdəliyi yerinə yetirməyə məcburdur.

3.Depozit öhdəliyini yetirmək üçün banklara dəstək nəzərdə tutulmayıb. Krediti geri almayan banklar üçün deposit öhdəliklərinin yerinə yetirməsində çətinliklər yarana bilər. Bu məqsədlə cəlb edilmiş depozitlər üzrə məcburi ehtiyat normasını 30 sentyabr 2020-ci tarixinə qədər 0,5%-dən (xarici valyuta üzrə 1%-dən) 0-a endirmək olar. Eyni zamanda əmantlərin sığortalanması üzrə haqları aşağı salmaq və ya dondurmaq olar.

4.İqtisadi akivliyin gücləndrilməsi, o cümlədən sahibkarlıq subyektlərinin ucuz pulla təmin etmək üçün Mərkəzi Bank tərəfindən bankların deposit və ya kredit şəklində aşağı faizli maliyyə resursları ilə təmin etmək.

Sənəddə qeyd edilir ki, beynəlxalq maliyyə institutları requlyativ yumşalmalarda konservativ mövqe tutmağı, tənzimləyici qərarların maliyyə sektorunda problemlərin gizlədilməsinə imkan yaratmamasını və əsasən maliyyə sektorunda yığılmış sabitlik buferlərindən istifadə etməyi tövsiyə edir. Əlbəttə requlyativ yükün azaldılması bankları bir qədər arxayınlaşdırıb gələcəkdə baş verə biləcək maliyyə qeyri-sabitliyinə qarşı həssaslığını artıra bilər. Ona görə də əsas diqqət yaxın 6 aya yox, daha uzun müddətə yönəlməlidir. Çünki pandemiya probleminin nə qədər çəkəcəyini dəqiq demək çətin və sentyabra qədər problemin həllinə ümidlənmək risklidir. Mərkəzi Bank zəif banklarla bağlı preventiv tədbirləri gücləndirməli, konsolidasiya tədbirlərini aktivləşdirməli, zərərli aktivlərin tam sağlamlaşdırılmasını təmin etməlidir. Bunun yollarından biri Mərkəzi Bankın bankların kapitalında müvəqqəti iştirakı ola bilər".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024