Mobil versiya
100-ə yaxın Gürcüstan vətəndaşı Azərbaycandan təxliyə olunacaq
Tarix: 24-04-2020 | Saat: 16:43
Bölmə:Ölkə | çapa göndər

100-ə yaxın Gürcüstan vətəndaşı Azərbaycandan təxliyə olunacaq


Yaxın günlərdə 100-ə yaxın Gürcüstan vətəndaşı Azərbaycandan təxliyə olunacaq.
Azvision.az xəbər verir ki, bu işlə Gürcüstanın Bakıdakı səfirliyi və Gəncədəki Baş Konsulluğu məşğul olur.

Daha əvvəl bildirilirdi ki, Gürcüstana qayıtmaq üçün ölkə vətəndaşları pasportlarının şəklini Bakıdakı diplomatik nümayəndəliyə göndərərək qeydiyyatdan keçməlidirlər: +994 50 250 07 10 (WhatsApp-da).

Yaxın günlərdə onların geri qaytarılması üçün xüsusi avtobuslar ayrılacaq. Qeydiyyata alınan vətəndaşlar iki saat əvvəl olmaları gərəkən yer ilə bağlı SMS alacaqlar. Nəqliyyatın qiyməti bir nəfər üçün 20 manatdır.

Gürcüstana qayıdan bütün vətəndaşlar iki həftə karantində olacaqlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə