Mobil versiya
Səkinə Babayeva: “Xeyriyyə aksiyaları karantin müddətinin sonunadək davam edəcək”
Tarix: 22-04-2020 | Saat: 12:00
Bölmə:Ölkə | çapa göndər

Səkinə Babayeva:


Məlum olduğu kimi, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi dövlətin diqqət mərkəzindədir. Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” 1 aprel 2020-ci il tarixli qərarı da bu məqsədə xidmət edir.

Ölkə prezidentinin iradəsi ilə xalqımızın xəstəlikdən mühafizə olunması və bu mənşəyi, dərmanı bilinməyən xəstəlikdən minimum zərərlə çıxmaq üçün kompleks tədbirlər həyata keçirilir. Dövlətin siyasətinə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına cavab olaraq vətəndaş cəmiyyətinin nümayəndələri ehtiyaclı ailələrlə görüşüb həm maddi və ərzaq yardımı edir, həm də mövcud vəziyyətlə bağlı maarifləndirmə işləri aparırlar. İşlərini bu istiqamətdə quran Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən karantin müddətində 220-ə yaxın ailəyə ərzaq və maddi dəstək göstərilmişdir. Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin AQSİA-ya ünvanladığı ailələr də ərzaq yardımları ilə təmin olunub. Aksiyanın Binəqədi, Yasamal, Suraxanı, Nərimanov, Sabunçu, Nizami, Abşeron rayonlarını əhatə etdiyini bildirən AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayeva, humanist addımı həyata keçirməyə dəstək olan, hər zaman öz insansevərliyi ilə seçilən AQSİA-nın üzvlərinə təşəkkürünü bildirib: “ Bu yardım aksiyasına dəstək olan, Assosiasiya olaraq bərabər iştirak edən AQSİA-nın üzvlərinə sonsuz təşəkkürümü bildirirəm. Bu xeyirxah missiya çərçivəsində həyata keçirdiyimiz layihədə dövlət qurumlarından və sosial mediadan bizə verilən ünvanlardakı aztəminatlı ailələri, həmçinin sosial şəbəkələrdən bizə üz tutan insanları qismən də olsa ərzaqla təmin etməyə çalışmışıq. Onu da qeyd etmək istərdim ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının xeyriyyə aksiyaları karantin müddətinin sonunadək davam edəcək”.

aia.az



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024