Mobil versiya
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 83 mindən çox artıb
Tarix: 22-04-2020 | Saat: 10:01
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

ÜST:


Aprelin 21-si saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 2 397 216 nəfərə çatıb.

aia.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 83 006 nəfər yeni koronavirusa yoluxub, 5 109 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 2 397 216 nəfərə, ölənlərin isə 162 956 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 187 184 yoluxma və 106 342 ölüm halı. Avropa regionunda sutka ərzində 38 143 yoluxma halı, 2 756 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 21-nə olan məlumatlara əsasən, yoluxanların sayı 893 119 nəfərə, ölənlərin sayı isə 42 686 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 134 506 yoluxma və 5 685 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (751 273), İspaniyada (200 210), İtaliyada (181 228), Almaniyada (143 457), Böyük Britaniyada (124 747), Fransada (113 513), Türkiyədə (90 980), Çində (84 250), İranda (83 505) və Rusiyada (52 7633) qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024