Mobil versiya
LAÇIN RAYON VETERANLAR ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ KEÇİIRİLDİ
Tarix: 21-04-2020 | Saat: 18:03
Bölmə:Ölkə | çapa göndər

LAÇIN RAYON VETERANLAR ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ KEÇİIRİLDİ


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara davamlı olaraq yardımlar paylanılır, onlara sosial xidmətlər göstərilir.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 20-dən may ayının 4-dək ölkəmizdə xüsusi karantin rejiminin uzadılması çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan Laçın Rayon İcra Hakiyyətinin əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirlərində iştirak edərək, bu qəbildən olan sakinlərə yardımlar edir, onlara maddi və mənəvi dəstək olurlar.

Bu aksiyaların tərkib hissəsi olaraq Laçın Rayon İcra Hakimiyyəti əməkdaşları Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Laçın rayon şurasının sədri Cümşüdov Əlikişi Mirzəmməməd oğlunu ziyarət etmiş, onun ailəsinə ərzaq bağlaması verilmişdir.

Şuranın sədri ona göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5139 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-05-2020
30-05-2020
{sape_links}{sape_article}