Mobil versiya
Sabiq baş həkimdən Gülmirzə Poladova rüşvət tələbi ittihamı - SƏHİYYƏ NAZİRLİYİNİN ŞÖBƏ RƏİSİ MƏHKƏMƏYƏ VERİLİB
Tarix: 21-04-2020 | Saat: 13:53
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Sabiq baş həkimdən Gülmirzə Poladova rüşvət tələbi ittihamı -


Gununsesi.org-un Səhiyyə Nazirliynin Səhiyyə Xidmətinin Təşkili Şöbəsinin rəisi Gülmirzə Poladov fəaliyyəti ilə bağlı xəbəri ictimai marağa səbəb olub.

Qeyd edək ki, “COVİD-19” pandemiyası ilə mübarizədə ölkəmizdə səhiyyə xidmətinin təşkili ilə bağlı situasiyaya nəzər salınan yazıda Gülmirzə Poladovun nazirlikdəki korrupsiya əməlləri və bunun nəticəsi olaraq onun ölkənin ən varlı adamlarından biri olmasından söz açılıb.

Bu barədə yazı Gununsesi.org-da və bir sıra media quruluşlarında tirajlanandan sonra Gülmirzə Poladov haqqında bir sıra faktlar redaksiyamıza daxil olub.

Redaksiyamıza müraciət edən Füzulu Rayonunda Diaqnostika Mərkəzinin sabiq direktoru Cümşüd Məmmədov bir sıraq iddialar səsləndirib.

Sabiq direktorun sözlərinə görə, Gülmirzə Poladov ölkənin bütün şəhər-rayon xəstəxanalarının baş həkimlərini aylıq haqqa otuzdurub: “Bu adam o qədər tamahkar olub ki, köçkün bir rayondan da pul umub. Mənə açıq şəkildə deyirdi ki, sən də nazirliyə “kömək” eləməlisən. Bildirdim ki, nazirlik rayona diqqət göstəməlidir. Mən burada pul qazanmıram ki, sizə də verəm. Mən onun bu tələbini rədd etdim, sonra məni şantaja keçdi. Məni şantaj edərək, işdən kənarlaşdırdı. Onu məhkəməyə vermişəm, hazırda məhkəmə çəkişməmiz gedir. Son məsələlərə görə proses təxirə salınıb”.

Gununsesi.org-un əməkdaşı ilə söhbətində isə Gülmirzə Poladov barəsindəki ittihamlara münasbət bildirmək istəmədiyini deyib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024