Qubada yeyib-içmək məclisi təşkil etməklə karantin qaydalarını pozan 5 gənc saxlanıldı
Tarix: 20-04-2020 | Saat: 16:31
Bölmə:Ölkə | çapa göndər
Qubada yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan 5 gənc saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməkdədir.
Belə ki, Quba rayonu 2-ci Nügədi kənd sakinləri olan beş gənc kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq yeyib-içmək məclisi təşkil ediblər. Elan edilmiş xüsusi karantin qaydalarını kobudcasına pozan şəxslər ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriliblər və burada hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat məbləğində cərimə ediliblər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025