Mobil versiya
Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi
Tarix: 20-04-2020 | Saat: 16:21
Bölmə:Gündəm | çapa göndər

Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi


Bakı Apelyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilərək həbs olunan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsində həbs-qətimkan tədbirinin seçilməsindən verilən şikayətə baxılıb.

Trend-in məlumatına görə, prosesdə şikayət araşdırılaraq qərar elan olunub. Məhkəmənin qərarı ilə T.Yaqublunun şikayəti təmin edilməyib.

Xatırladaq ki, T.Yaqublu barəsində Nizami rayon Məhkəməsində 3 ay həbs-qətimkan tədbiri seçilib. İttihama görə, bu il martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri səbəbindən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024