Mobil versiya
“Region gəncləri: yeni reallıqlar və imkanlar” adlı onlayn müşavirə keçirilib
Tarix: 20-04-2020 | Saat: 11:35
Bölmə:Ölkə | çapa göndər

“Region gəncləri:



Aprel ayının 19-da Gənclərin İnkişaf və Karyera Mərkəzi region nümayəndəliklərinin rəhbərləri ilə “Region gəncləri: yeni reallıqlar və imkanlar” adlı onlayn müşavirə keçirib.

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən zəruri sosial izolyasiya tədbirləri şəraitində region gənclərinin təhsil, özünüinkişaf və ünsiyyət baxımından qarşılaşdıqları müvəqqəti çətinliklərin alternativ yollarla aradan qaldırılması, bu baxımdan vaxtdan və müasir informasiya texnologiyalarından səmərəli istifadə və bununla əlaqədar GİKM nümayəndəliklərinin görə biləcəyi işlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Müşavirədə region nümayəndəliklərinin rəhbərləri ilə məhz bu dönəmdə görülən işlər, yaranan çətinliklər bir sözlə mövcud vəziyyətin müzakirəsi aparılmaqla yanaşı gənclərin maraq dairələrinin və ehtiyaclarının regionlar üzrə müəyyənləşdirilməsi və dəyərləndirilməsi məsələləri də müzakirə mövzusu olmuşdur.

Müşavirədə toxunulan əsas məsələlərdən biri də post-karantin dövrünə hazırlıq, gələcəkdə icra ediləcək layihələr, həyata keçiriləcək tədbirlər, seminarlar və təlimlər olmuşdur.

Sonda müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə təkliflərin hazırlanaraq müzakirəyə təqdim edilməsi razılaşdırılmışdır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə