Mobil versiya
Parisdə koronavirus xəstələrini hotellərdə yerləşdirəcəklər
Tarix: 19-04-2020 | Saat: 19:24
Bölmə:Qərbi Azərbaycan / Dünya | çapa göndər

Parisdə koronavirus xəstələrini hotellərdə yerləşdirəcəklər



Fransanın paytaxtı Parisdə evdə qala bilməyən və ailələrini xəstəliyə yoluxdurmaqdan çəkinən koronavirus xəstələrini hotellərə yerləşdiricəklər. AİA.Az "RİA Novosti"yə istinadən bildirir ki, bunu şəhər meri Ann İdalqo "Journal du dimanche" qəzetinə müsahibəsində deyib.

"Paris meriyası və şəhər xəstəxanaları idarəsi yaxın günlərdə "Covisan" əməliyyatını başladacaq. "Accor Group" şirkəti Barselonadakı kimi hotelləri təhvil verməyi təklif edib. İdeya ondan ibarətdir ki, koronavirus testi pozitiv nəticələnən insanlar şirkətin Parisdəki hotellərində 14 gün müddətinə qala bilsinlər", - İdalqo bildirib.

Mer həmçinin qeyd edib ki, şəhər rəhbərliyi bu məsələdə şəhərin iki böyük xəstəxanası - "Bichat" və "Salpêtrière", habelə Parisin Sankt-Denis şəhərindəki "Avicenne" xəstəxanası ilə birlikdə çalışır.

"Şəhərin hotellərində boş otaqları nəzərdən keçirdik və bu yanaşmanı irəli sürdük. Pasiyentin test nəticəsi pozitiv çıxdıqda ailəsinə zərər verməməməsi üçün, ona tibbi nəzarət və lazımi dəstəyin təmin olunacağı hoteldə karantinə alınmaq imkanı təqdim edəcəyik",- deyə o sözlərinə əlavə edib.

Qeyd edək ki, Fransada 151 793 insan koronavirusa yoluxub, 19 323 nəfər xəstəlik səbəbindən həyatını itirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024