Mobil versiya
Azərbaycanda daha 25 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər öldü, 122-si sağaldı
Tarix: 19-04-2020 | Saat: 18:40
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda daha 25 nəfərdə koronavirus aşkarlandı




Azərbaycan Respublikasında 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AİA.Az-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, ürəyin işemik xəstəliyi, arterial hipertenziya, postinfarkt kardiosklerozu olan 1940-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 667 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95.747 test aparılıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024