Mobil versiya
Karantin rejimini pozan daha 146 nəfər məsuliyyətə cəlb olunub - FOTO
Tarix: 18-04-2020 | Saat: 15:34
Bölmə:Karusel / Ölkə | çapa göndər

Karantin rejimini pozan daha 146 nəfər məsuliyyətə cəlb olunub - FOTO






Qubada xüsusi karantin rejimini pozan 146 nəfər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AİA.Az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

Şöbə əməkdaşları gün ərzində rayon ərazisində, eləcə də rayonlararası müvəqqəti quraşdırılmış stasionar postlarda gücləndirilmiş iş rejimində çalışır, təyin olunmuş qaydalara əməl olunmasına nəzarət edirlər.

Bu tədbirlərlə yanaşı, xüsusi rejim çərçivəsində polis əməkdaşları tərəfindən müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, həmçinin nəqliyyat vasitələrini səbəbsiz yerə idarə edən vətəndaşlar da aşkarlanıb. Belə ki, aprel ayının 18-dək xüsusi karantin rejiminin tələblərini pozan 146 vətəndaş barəsində RPŞ-nin əməkdaşları tərəfindən İXM-nin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunaraq, həmin şəxslər məsuliyyətə cəlb olunublar.












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024