Mobil versiya
Xüsusi karantin rejimin zamanı sərnişindaşıma 85 faiz azalıb
Tarix: 17-04-2020 | Saat: 13:19
Bölmə:Ölkə | çapa göndər

Xüsusi karantin rejimin zamanı sərnişindaşıma 85 faiz azalıb



Xüsusi karantin rejimi dövründə Respublika üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) cari ilin 1-3 aprel tarixlərində 231 min 624, 4-6 aprel tarixlərində 124 min 292, 7-9 aprel tarixlərində 63 min 653, 10-12 aprel tarixlərində 69 min 43 və 13-15 aprel tarixlərində 73 min 275 sərnişin daşınıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Trend-ə verilən məlumata görə, cari ilin 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) daşınan sərnişin sayı 68.4 % azalıb.

Həmçinin, fəaliyyətinə icazə verilən yeganə şəhərlərarası avtobus marşrutları olan “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” xətləri üzrə 1-3 aprel tarixlərində 75 min 400, 4-6 aprel tarixlərində 54 min 405, 7-9 aprel tarixlərində 45 min 275, 10-12 aprel tarixlərində 43 min 460 və 13-15 aprel tarixlərində 46 min 160 sərnişin daşınıb. Cari ilin 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları ilə daşınan sərnişin sayı 38.8 % azalıb. Ümumilikdə, xüsusi karantin rejiminə qədərki dövrlə müqayisədə daşınan sərnişin sayı 85 faiz azalıb.

Ötən müddət ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fəaliyyətinə icazə verilən şəhərdaxili (rayondaxili) sərnişin daşımaları, həmçinin “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları üzrə sərnişindaşıma fəaliyyəti göstərən sürücülər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.

Avtobusların salonlarında və dayanacaqlarda sərnişinlər tərəfindən sosial məsafəyə riayət edilməsinin təmin edilməsi məqsədilə xidmətin əməkdaşları tərəfindən gündəlik nəzarət tədbirləri davam edir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024