Mobil versiya
Neftçalada aztəminatlı ailələrə mütəmadi olaraq yardım göstərilib - FOTOLAR
Tarix: 17-04-2020 | Saat: 11:29
Bölmə:Ölkə | çapa göndər

Neftçalada aztəminatlı ailələrə mütəmadi olaraq yardım göstərilib


Xüsusi karantin rejimi ilə əlaqədar olaraq əhalinin həssas təbəqəsinə aid aztəminatlı ailələrə Neftçala Rayon İcra Hakimiyyəti və rayonda fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən ərzaq yardımları göstərilib.

Neftçala Rayon İcra Hakimiyətinin başçısı Mirhəsən Seyidovun təşəbbüsü ilə İcra Hakimiyyətinin əməkdaşları tərəfindən imkansız ailələrin evləri ziyarət olunub. Keçirilən görüş zamanı onların hazırki durumları ilə yaxından maraqlanılıb və həmin ailələrə ərzaq yardımları təqdim edilib. Rayon İcra Hakimiyyəti bu dövr ərzində 730 ailəyə sosial təminat sahəsində köməklik göstərib.

Yardım kampaniyasında Rayon İcra Hakimiyyəti ilə yanaşı rayon ərazisində fəaliyyət göstərən digər idarə, təşkilat və qurumlar da yaxından iştirak ediblər. Belə ki, Heydər Əliyev Mərkəzi tərəfindən 14 ailəyə ərzaq, 11 ailəyə maddi vəsait, Neftçala Rayon Polis Şöbəsi tərəfindən 70 ailəyə ərzaq yardımı, Neftçala Mədəniyyət Mərkəzi tərəfindən Həmkarlar təşkilatının xətti ilə 6 ailəyə, Azərbaycan Azad Həmkarlar İttifaqı Neftçala rayon komitəsi tərəfindən 115 nəfər təhsil işçilərinin ailəsinə maddi köməklik, Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbi tərəfindən 24 ailəyə, Nizami Gəncəvi adına Neftçala şəhər 3 saylı tam orta məktəbi tərəfindən 15 ailəyə, Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya tərəfindən 6 ailəyə, Neftçala Rayon Mərkəzi Xəstəxanası tərəfindən 130 nəfər səhiyyə işçilərinin ailəsinə maddi, Mühafizə Bölməsi tərəfindən 15 ailəyə, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Rayon şöbəsi tərəfindən 3 şəhid ailəsinə, Rayon Gənclər və İdman İdarəsi tərəfindən 11 ailəyə, Dövlət Sosial Müdafiə Fondunun Rayon Şöbəsi tərəfindən 20 ailəyə və ƏƏSM Nazirliyinin xətti ilə 170 ailəyə, Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Rayon bölməsi tərəfindən 10 ailəyə, Qızıl Aypara Cəmiyyətinin Rayon bölməsi tərəfindən 10 ailəyə, Neftçala Oryad Xeyriyyə Cəmiyyəti tərəfindən 10 ailəyə, Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən 61 ailəyə ərzaq, Seymur Kərimov adına Neftçala Kür-təcrübi nərə balıq artırma zavodu və LU-MUN holding tərəfindən 60 ailəyə, Neftçala UGEX fondu tərəfindən 279 ailəyə ərzaq və ət yardımı göstərilib.

Rayon icra hakimiyyəti və rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən imkansız ailələrə könüllü şəkildə yardımlar göstərilir və hazırda bu səpkidə işlər davam etməkdədir.


aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024