Mobil versiya
ABŞ 336 milyon dollarlıq ciyərlərin süni ventilyasıyası aparatı alır
Tarix: 17-04-2020 | Saat: 09:24
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

ABŞ 336 milyon dollarlıq ciyərlərin süni ventilyasıyası aparatı alır


ABŞ 13 iyula qədər "Ford" və "General Electric" (GE) şirkətlərindən 50 min ədəd ciyərlərin süni ventilyasıyası aparatı (CSVA) alacaq.

Trend-in məlumatına görə, ölkənin səhiyyə və sosial xidmətlər departamenti şirkətlərə 336 milyon dollarlıq müqavilə təqdim edib.

"ABŞ səhiyyə və sosial xidmetlər departamenti bu həftə "Ford Motor" və "General Electric" ilə ortaq CSVA-nın istehsalına dair müqavilə bağladığını açıqlayır. "GE" ilə ümumi dəyəri 336 milyon dollar olan müqavilə, 13 İyuladək bu cihazların 50 mininin istehsalını təmin edəcək", - qurum dəqiqləşdirib.

Ölkə hakimiyyətinin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və digər rəsmi mənbələrin məlumatlarına əsasən hesablamalar aparan Cons Hopkins Universitetinin xəbərinə görə, ABŞ-da 648,7 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb, xəstəlikdən 30 920 nəfər ölüb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024