Azərbaycanda 3 ayda istehsal edilən sənaye məhsulunun həcmi 10 milyard manatdan çox olub
Tarix: 15-04-2020 | Saat: 16:49
Bölmə:İqtisadiyyat | çapa göndər
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-mart aylarında 10,6 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 23,0 faiz artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sənaye məhsulunun 65,5 faizi mədənçıxarma sektorunda, 28,4 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 3,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 15,3 faiz artıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 3,9 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, içkilərin istehsalı 2,1 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 66,7 faiz, əczaçılıq məhsullarının istehsalı 36,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 28,0 faiz, tütün məmulatlarının istehsalı 28,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,0 faiz, poliqrafiya məhsullarının istehsalı 20,2 faiz, kağız və karton istehsalı 20,2 faiz, elektrik avadanlıqlarının istehsalı 18,3 faiz, mebel istehsalı 14,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 10,5 faiz, geyim istehsalı 10,0 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, qida məhsullarının istehsalı 5,3 faiz, hazır metal məmulatlarının istehsalı 2,7 faiz artıb, tikinti materiallarının istehsalı 14,8 faiz, maşın və avadanlıqların istehsalı 16,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,7 faiz azalıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər