Mobil versiya
ETSN: Bakı üçün aprel ayında ən yüksək temperatur göstəricisi 32 dərəcə istidir
Tarix: 15-04-2020 | Saat: 16:37
Bölmə:Ölkə | çapa göndər

ETSN:


Son onilliklərdə iqlim dəyişmələri fonunda istiləşmə tendensiyasının üstünlüyünə baxmayaraq, ayrı-ayrı illərdə fərqli proseslər müşahidə edilir. Bu ilin aprel ayının birinci yarısında aprel ayı üçün nadir hadisə olan dağətəyi rayonlarda belə qar qeydə alınır. Havanın temperaturu isə da orta hesabla iqlim normasından 1,5 dərəcə aşağıdır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) aia.az-a məlumat verilib. Məlumatda havaların qeyri-sabit keçməsi ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün tarixi məlumatlara nəzər salınıb.

Qeyd edilib ki, son onilliyin təhlilinə görə, 5 il havanın temperaturu normadan 4 dərəcəyədək yüksək, 3 dəfə 1,4 dərəcə aşağı, iki il isə norma daxilində olub. Yüzillik dövr üzrə isə ən anomal soyuq keçən aprel ayı 1954-cü və 1987-ci illərdə olub, havanın orta aylıq temperaturu 9 dərəcəyə enib.

Çoxillik meteoroloji müşahidələrə görə Bakı şəhəri üçün aprel ayında ən yüksək temperatur göstəricisi 32 dərəcə isti, ən aşağı temperatur isə 0,4 dərəcə şaxtadır. Bununla da sərhəd göstəricilər arasında fərq 30 dərəcədən çoxdur. Aprel ayını onun iqlim xüsusiyyətlərinə görə ilin ən rəngarəng və sürpizlərlə zəngin olan aylarından biri kimi səciyyələndirmək olar.

Milli hidrometeorologiya xidmətinin məlumatına əsasən keçən əsrin sonunda 1998-ci ildə aprelin 14 və 24-də havanın temperaturu rekord həddinə çataraq Abşeron yarımadasında 35 dərəcəyədək, Naxçıvan MR-da və ayrı-ayrı aran rayonlarında 36-38 dərəcəyədək yüksəlib. 2012-ci il aprelin 10-da Bakıda isə 1998-ci ilin sutkalıq rekord göstəricisi təkrarlanıb, yenidən 32° isti olub.

Aprel ayında ən soyuq hava 1911-ci il aprelin 01-də qeydə alınıb. Həmin gün Bakıda havanın minimal temperaturu 0.4° şaxta olub.

Adətən aprelin 20-dən sonra yağışlar leysan xarakterli olur və tez-tez şimşəklə müşayət edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024