Mobil versiya
Azərbaycanda məişət zorakılığının qarşısının alınması üçün yeni təkliflər hazırlanır
Tarix: 15-04-2020 | Saat: 14:49
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda məişət zorakılığının qarşısının alınması üçün yeni təkliflər hazırlanır


Azərbaycanda məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün yeni təkliflər hazırlanır.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya deyib.

O əlavə edib ki, məişət zorakılığı ilə mübarizənin effketiv olması üçün Məlumat Bankı yaradılıb. Banka yığılan məlumatların təhlili problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır:

“Bu işlər bu il də davam etdiriləcək. Ailələri sarsıtdığını nəzərə alaraq, bu problemə diqqətin artırılması, xüsusilə məişət zorakılığı qurbanları üçün dövlət yardım mərkəzinin yaradılması çox önəmlidir”.

Komitə rəsmisi hesab edir ki, məişət zorakılığından zərər çəkənlər üçün hərtərəfli və səmərəli müdafiə vasitələri yaradılmalıdır:

“Təcrübə göstərir ki, hər bir hadisə və onun baş vermə motivasiyası məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsini tələb edir. Bu sahədə yeni təkliflər və “Azərbaycan Respublikasında Məişət zorakılığın qarşısının alınması və onunla mübarizəyə dair Milli Fəaliyyət Planı” layihəsi hazırlanır və qəbul olunması sahəsində işlər aparılır”.

S.Talışinskaya bildirib ki, qadınlara qarşı zorakılığın bütün növlərinə dair statistik məlumatların toplanması, məişət zorakılığına dair məlumat bankının fəaliyyətinin təşkili istiqamətində işlər gücləndirilməsi istiqamətində də işlər davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024