Mobil versiya
Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb
Tarix: 13-04-2020 | Saat: 10:59
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb


Ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq hazırda 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır.

aia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir: “Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024