Mobil versiya
İqtidar-müxalifət dialoqunun formalaşması zəruridir
Tarix: 11-04-2020 | Saat: 16:08
Bölmə:Ölkə | çapa göndər

İqtidar-müxalifət dialoqunun formalaşması zəruridir




Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İB-nin sədri Fuad Bədəlovun müsahibəsi

- Qlobal pandemiya elan olunmuş Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyası ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

- Öncə deyim ki, bu gün dünyanı öz ağuşuna almış koronavirus cəmiyyətimizdə ciddi problemlər yaradıb. Dövlətləri insanlar yaradır, dünyanı yönləndirən də insandır. Artıq bütün dünya yayılan virusa görə həyəcan təbili çalır.
Deməliyəm ki, zamanında həyəcan təbili çalınan ölkələrin öncüllərindən biri məhz Azərbaycandır. Pandemiyaya qarşı qabaqlayıcı tədbirlərə dair ölkə prezidenti cənab İlham Əliyev vaxtında ciddi qərarlar verdi. İnsanların həyatlarını mərdimazar xəstəlikdən qorumaq üçün lazım olan tədbirlər ardıcıl olaraq həyata keçirilir. Koronavirusa qarşı görülən qabaqlayıcı tədbirləri vətəndaş olaraq yüksək qiymətləndirirəm.
Azərbaycan cəmiyyəti ilkin olaraq yayılan virusun ciddiliyini əvvəllər o qədər də qəbul edə bilmirdi. Amma ölkədə elan olunan karantinlər, müəyyən qabaqlayıcı tədbirlər sayəsində vətəndaşlarımız vəziyyətin ciddiliyini anlayırlar. Deməliyəm ki, koronavirusa qarşı qabaqlayıcı tədbirlər dövlət tərəfindən ciddi şəkildə həyata keçirilməsinə baxmayaraq, insanlar problemin həlli üçün könüllü olaraq müəyyən işlər həyata keçirirlər. Xüsusi olaraq çoxlu Qeyri-Hökumət Təşkilatlarının aktivliyini qeyd etmək istəyirəm. Sağlam QHT-lər koronavirusdan insanların yayınması üçün maarifləndirmə işləri həyata keçirirlər. Çoxlu monitorinqlər təşkil edilir və s. Könüllü olaraq şəhərlərdə, qəsəbə və kəndlərdə ortaya çıxan problemlərin həllinə dəstək olurlar. Bu insanların bir əldə cəmlənməsi deməkdir. Maddi imkanları zəif olan insanlara köməkliklər edilir, problemlərinin həllinə dəstək olunur. Bildirmək istəyirəm ki, Şəmkir Rayon İcra Hakimiyyəti yanında İctimai Şura da bu təşəbbüslərə qoşulur. Şəmkir Rayon İcra hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun rəhbərliyi ilə İcra Hakimiyyəti başçısı yanında yaradılmış Qərargahla birlikdə İctimai Şura bir neçə dəfə rayon ərazisində monitorinqlər həyata keçirmişdir və ardıcıl davam etdirilir. Məqsəd marketlərdə qiymətlərə baxış keçirmək, ərzaqların qiymətinə nəzarət etmək idi. Monitorinqlər zamanı sakinlər dinlənilir, problemlər öyrənilir və həllinə çalışılırdı. Apteklərdə monitorinqlər edildi, dərman, spirt, maska və s. haqqında araşdırmalar aparılırdı. İctimai Şura rayon ərazisində koronavirusla bağlı əhali arasında ardıcıl maarifləndirmələr aparır, insanlara “Evdə qal” kampanıyasının vacibliyi izah olunur. Deməliyəm ki, polislər işlərində kifayət qədər ciddidirlər. Sonuncu dəfə apardığımız monitorinqlər zamanı məlum oldu ki, çoxlu vətəndaşlar küçəyə elektron icazə alıb sonra çıxırlar. Dövlətin ciddi tədbirlərinə baxmayaraq indi də bəzi şəxslərin icazəsiz olaraq çölə çıxmaları da müşahidə edilməkdədir. Görülən tədbirlər bizlərin sağlamlığı üçündür. Düşünürəm, hər kəs qəbul edilən qərarlara ciddi riayyət etməlidir. Hər bir azərbaycanlı biri-birinin sağlamlığını qorumağı özünə borc hesab etməlidir.
Ölkə prezidenti cənab İlham Əliyevin səsləndirdiyi “biz birlikdə güclüyük”, “Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk” şüarına inamla baxmalıyıq.

- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikasının Prezident Adminstarsiyasında “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin yaradılması doğru bir qərardır. Ölkə Prezidenti çıxışında dediyi kimi, iqtidar-müxalifət dialoqunun təməlinin qoyulmasını şəxs olaraq zəruri hesab edirəm. Siyasi mövqeyindən asılı olmayaraq hər bir şəxs dövlətçilik naminə çalışmalıdır. Bunun üçün ardıcıl olaraq qarşılıqlı müzakirələrə ehtiyac var. Düşünürəm iqtidar-müxalifət partiyaları arasında danışıqlar normal səviyyədə keçirilərsə bundan dövlətimiz və xalqımız qazanar. Bir məsələni xüsusi ilə vurğulamaq istəyirəm. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyev siyası partiyaları tək-tək Adminstarsiyaya müzakirə üçün dəvət etdi. Təəssüf ki, AXC müxalifət partiyası bu təklifi qəbul etmədi. Müxalifət partiyası parlament seçkisinə də “boykot” elan etdi. Boykot soyuq müharibədən sonra dünyaya təqdim edildi. Gəlin görək boykotun hal-hazırdakı effekti cəmiyyətə nə verib? 2004-cü ildən edilən boykotun araşdırmalarında göstərilir ki, 171 boykot təcrübəsindən yalnız 4 faizi uğurlu olub. Artıq dünyada boykotun heç də səmərəli olmadığını və səhv bir adddım olduğu sübut olunur. Ona görə də Prezident cənab İlham Əliyevin dediyi kimi, iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyini vacib hesab edirəm.
Onu da deməliyəm ki, Azərbaycan Respublikasının Prezident Adminstarsiyasında “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyəti təqdirə layiqdir.

- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

- Seşki dünyanın hər yerində olduğu kimi, ən böyük siyası kampaniyadır. Mən xüsusən Milli Məclis seşkilərini də ölkəmiz üçün vacib siyasi kampaniyalardan biri hesab edirəm. Milli Məclisdə kifayət qədər təcrübəli və savadlı ziyalılarımız var. Ümid edirəm yeni seçilən millət vəkilləri doğru-düzgün qərarlar qəbul edəcək. Qəbul ediləcək qanunlar isə dövlətimizin və xalqımızın xeyrinə işləyəcək. Mən yeni seçilən spiker və müavinləri haqqında da fikir bildirmək istəyirəm. Milli Məclisin sədri xanım Sahibə Qafarova deputat kimi təcrübəli bir şəxsdir. Sahibə xanım millət vəkili kimi 2016-2017-ci illərdə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri seçilib. Sahibə xanım Avropa Şurasında aktivliyi ilə seçilən deputatlardan biri olub. Həmçinin cənab Əli Hüseynov da cəmiyyətin yaxından tanıdığı hüquqşünaslardan biridir. Parlamentdə hüquqla bağlı qəbul edilən çoxlu qanunların müəllifi olmuşdur. Digər vitse-spikerlər cənab Adil Əliyev və cənab Fəzayıl İbrahimli də cəmiyyətin yaxından tanıdığı və qəbul etdiyi aktiv millət vəkilləri olmuşlar. Ümid edirəm qanunvericilik hakimiyyətinin gələcək fəaliyyəti Azərbaycan cəmiyyətinə çoxlu töhvələr verəcək.

- Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?

-Sumqayıt Kimya Sənayesi Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasını alqışlayıram. Cəmiyyətin çətin bir zamanında koronavirusdan qorunması üçün tibbi maskaya ciddi ehtiyacı var. Dünyanın demək olar ki, əksər ölkələrində virusa yoluxmamaq üçün insanlar maska problemi ilə üzləşirlər. Ümid edirəm bu problem ölkəmizdə həllini tapacaq. İnsanlar özlərində qismən də olsa bir rahatlıq hiss edəcəklər.
Cənab prezidentimizin 65 yaşdan yuxarı insanları əfv etməsini alqışlayıram. Əfv ən humanist addımlardan biridir. Əfv ölkə rəhbərliyi tərəfindən ardıcıl olaraq həyata keçirilir. İndiki bir zamanda bir qrup yaşlı insanların əfv olunması alqışlanmalıdır.
İnsanların yaşadıqları çətinlik, İnşallah, tezliklə sona çatacaq. Həyat yenə əvvəlki kimi öz axarında davam edəcək. Düşünürən vətəndaşlarımız bir-birinə daha sıx bağlanacaq. Azərbaycan ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə QARABAĞımızı və zəbt olunan digər torpaqlarımızı mənfur ermənilərdən təmizləyəcək, çətin həyatı yaşayan xalqımız sevinə-sevinə o torpaqlara qədəm basacaq.

aia.az
Murad Həsənov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024