Mobil versiya
Qlobal pandemiya elan edilən gündən Respublikada görülən bütün tədbirlər möhtərəm Prezdentimizin xüsusi diqqətindədi
Tarix: 11-04-2020 | Saat: 16:02
Bölmə:Təhsil | çapa göndər

Qlobal pandemiya elan edilən gündən Respublikada görülən bütün tədbirlər möhtərəm Prezdentimizin xüsusi diqqətindədi




“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar müəllimi Esmira Rəhimovanın müsahibəsi

Esmira xanım, qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

Qlobal pandemiya elan edilmiş koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən keçirilən tədbirləri əlbəttə ki, müsbət qarşılayıram və bu tədbirlərin önəmli olduğunu hesab edirəm. Vəziyyətin ciddiliyini dərk edərək epidemiyaya qalib gəlmək üçün, özünü təcrid və “evdə qal” kampaniyasına qoşulmaq bu günün tələblərindən biridir. Biz bir xalq olaraq, öz gücümüzə inanmalı və vətəndaş məsuliyyətini nümayiş etdirməliyik. Qlobal pandemiya elan edilən gündən Respublikada görülən bütün tədbirlər möhtərəm Prezdentimizin xüsusi diqqətindədir. Buna baxmayaraq, vətəndaşlarımız bunu da dərindən dərk etməlidir ki, hər birimiz görülən tədbirləri qiymətləndirərək, təlimatlara dəqiq, ciddi riayət etsək, gözlənilən nəticəni əldə edəcək və bu dəhşətli virusun törətdikləri fəsadlara qalib gələcəyik.

Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?

Qeyd edim ki, məlum koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də qoruyucu vasitələrin, o cümlədən maskanın qıtlığı yaşandı. Dünya üzrə istehsalçı ölkələr tibbi maska ixracını dayandırdı. Bildiyimiz kimi, ölkədə koronavirus pandemiyasının qarşısının alınması, əhalinin sağlamlığının təmin olunması məsələsinə dövlətimizin başçısı xüsusi diqqətlə yanaşır. Möhtərəm Prezidentin tapşırığına əsasən, aidiyyatı dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa bir müddətdə quraşdırıldı və istehsal prosesi başladı. Bundan əlavə koronavirusdan qorunmaq məqsədilə 3D printerlə çap olunan “üz sipəri” maskasının istehsalına da başlanılıb. Bu istehsal bizə imkan verəcək ki özümüzü təmin edək və koronavirusla mübarizə başa çatdıqdan sonra belə, artıq idxaldan asılı olmayaq.

Hər zaman humanist addımları, qərarları ilə ölkənin hər bir vətəndaşının yanında olduğunu təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, belə bir çətin zamanda müəyyən səbəblər üzündən azadlıqdan məhrum olan 65 yaşdan yuxarı vətəndaşları da özünün diqqətindən və qayğısından kənarda qoymadı. Ölkə prezidentinin həyata keçirdiyi insanpərvər siyasətinin təzahürü olaraq, 176 məhkumun əfv olunmasına dair Sərəncam imzalandı. Bildiyimiz kimi, bu da milli dəyərlərə söykənən dövlət sitasətinin tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşın sağlamlığını, təhlükəsizliyini qoruduğunun daha bir nümunəsi idi.
Həsən Abbas“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar müəllimi Esmira Rəhimovanın müsahibəsi

Esmira xanım, qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

Qlobal pandemiya elan edilmiş koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən keçirilən tədbirləri əlbəttə ki, müsbət qarşılayıram və bu tədbirlərin önəmli olduğunu hesab edirəm. Vəziyyətin ciddiliyini dərk edərək epidemiyaya qalib gəlmək üçün, özünü təcrid və “evdə qal” kampaniyasına qoşulmaq bu günün tələblərindən biridir. Biz bir xalq olaraq, öz gücümüzə inanmalı və vətəndaş məsuliyyətini nümayiş etdirməliyik. Qlobal pandemiya elan edilən gündən Respublikada görülən bütün tədbirlər möhtərəm Prezdentimizin xüsusi diqqətindədir. Buna baxmayaraq, vətəndaşlarımız bunu da dərindən dərk etməlidir ki, hər birimiz görülən tədbirləri qiymətləndirərək, təlimatlara dəqiq, ciddi riayət etsək, gözlənilən nəticəni əldə edəcək və bu dəhşətli virusun törətdikləri fəsadlara qalib gələcəyik. b_500_300_16777215_00_images_xeber_sekilleri_10fevral2020_123456t87u8iu.jpg

Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?

Qeyd edim ki, məlum koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də qoruyucu vasitələrin, o cümlədən maskanın qıtlığı yaşandı. Dünya üzrə istehsalçı ölkələr tibbi maska ixracını dayandırdı. Bildiyimiz kimi, ölkədə koronavirus pandemiyasının qarşısının alınması, əhalinin sağlamlığının təmin olunması məsələsinə dövlətimizin başçısı xüsusi diqqətlə yanaşır. Möhtərəm Prezidentin tapşırığına əsasən, aidiyyatı dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa bir müddətdə quraşdırıldı və istehsal prosesi başladı. Bundan əlavə koronavirusdan qorunmaq məqsədilə 3D printerlə çap olunan “üz sipəri” maskasının istehsalına da başlanılıb. Bu istehsal bizə imkan verəcək ki özümüzü təmin edək və koronavirusla mübarizə başa çatdıqdan sonra belə, artıq idxaldan asılı olmayaq.

Hər zaman humanist addımları, qərarları ilə ölkənin hər bir vətəndaşının yanında olduğunu təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, belə bir çətin zamanda müəyyən səbəblər üzündən azadlıqdan məhrum olan 65 yaşdan yuxarı vətəndaşları da özünün diqqətindən və qayğısından kənarda qoymadı. Ölkə prezidentinin həyata keçirdiyi insanpərvər siyasətinin təzahürü olaraq, 176 məhkumun əfv olunmasına dair Sərəncam imzalandı. Bildiyimiz kimi, bu da milli dəyərlərə söykənən dövlət sitasətinin tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşın sağlamlığını, təhlükəsizliyini qoruduğunun daha bir nümunəsi idi.

AİA.Az
Həsən Abbason



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024