Mobil versiya
Prezident İlham Əliyev tərəfindən start verilən islahatlar ölkədə yeni siyasi dövrun başlanmasına zəmin yaratdı
Tarix: 10-04-2020 | Saat: 16:33
Bölmə:Ölkə | çapa göndər

Prezident İlham Əliyev tərəfindən start verilən islahatlar ölkədə yeni siyasi dövrun başlanmasına zəmin yaratdı





“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayevanın müsahibəsi

- Samirə xanım, qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

-Bəşəriyyət qlobal pendemiya, koronavirus infeksiyası ilə üz-üzə dayanmışdır. Bu görünməmiş fəlakətdən qurtulmaq fədakarlıq tələb edir. Bu pandemə müəyyən rakurslardan baxdıqda fərqli adlar qoymaq olur. Bunların içində isə ən pisi qalib gələcəyini bilə-bilə nə qədər qurban verəcəyini bilmirsən. Lakin təbii ki, bunun həlli yolları var, həlli isə dövlətin yeganə mənbəyi olan xalqın onun Liderinin ətrafında sıx birləşməsindən asılıdır. Sevindirici haldır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində dövlət və cəmiyyət monolit bir birliyə sahib olmuşdur. Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün martın 31-dən ölkəmizdə karantin rejimi daha da sərtləşdirilib. Bu da təhlükənin nə qədər real və ciddi olduğunun göstəricisi hesab edilməlidir. Doğrudur, pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əlavə tədbirlər müəyyənləşdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. Ancaq bu qabaqlayıcı tədbirlər öz müsbət nəticəsini versə də, çox sürətlə yayılma qabiliyyətinə malik koronavirusa yoluxanların sayı hər gün artmaqda davam edir. Təbii ki, bu qorxulu təhlükənin yayılmasının qarşısının alınmasında dövlət qurumları ilə yanaşı hər bir vətəndaşın və vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük məsuliyyət düşür. Hamılıqla bütün imkanlarımızı bu istiqamətdə səfərbər edirik və etməliyik. Bir vətəndaş olaraq koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulmuşuq. Təbii bu gün bu məsələ psixioloji amillərlə götürdükdə nə qədər vətəndaşlarımız üçün ağır olsa da, problemin ciddiliyini dərk etməli və ətrafımızı, qonşumuzu, bir sözlə Azərbaycan vətəndaşını imkan daxilində bütün resurslarımızla qorumalıyiq. Bir ictimai birlik rəhəbəri kimi, , koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransına qatılaraq, öz təkliflərimizi irəli sürürük, əhali arasında, o cümlədəm virtual məkanda bacardğımız qədər ideoloji işlər aparırıq. Əsasən cənab Prezidentin Azərbaycan xalqına məhz bu yolda tövsiyyələrini rəhbər tutaraq, əhalini “özünütəcrid” və “evdə qal” kampaniyalarının tələblərinə əməl etməyə çağırırıq. Yalnız bu yolla, yuxarıda qeyd etdiyim kimi, qurbanlarımızın sayını azaltmaq şərti ilə bu döyüşdən başda Ali Baş komandan cənab İlham Əliyev olmaqla üzü ağ çıxacayıq. Bir sözlə, gələcəyimiz öz əlimizdədir. Nikbin olaq, özümüzü bir müddətlik hər şeydən təcrid edərək ağır fəlakəti ucuz adladaq. Azərbaycan vətəndaşı olaraq öz gələcəyimiz hər birimizin əlindədir. Daha da böyük Azərbaycanımız üçün bütün imkan və resurslarımızı səfərbər etməliyik.

-Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

-Umumiyyətlə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ildən start verilmiş və cari ildə davam etdirilən islahatlar, o cümlədən sizin də öz sualınızda düzgün vuruğuladığınız kimi, yeni siyasi dövrə başlanması Azərbaycan xalqının milli şüurunun inkişafı tarixində keyfiyyətcə yeni mərhələnin başlanması deməkdir. Təbii ki, cağdaş dövrümüzdə möhtərəm Prezidentimiz tərəfindən bütün sahələrdə olduğu kimi, siyasi arenada da yeni fəaliyyətin formalaşdırılacağı gözlənilən idi. Prezident cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı tarixi çıxışı özünün güclü dövlətçilik təcrübəsi, siyasi əqidə bütövlüyü, siyasi məsuliyyəti, siyasətinin fəlsəfi əsasları ilə Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və demokratik dövlətimizdə insanların hüquq və azadlıqları, iqtisadi firavan həyatın bərqərar olduğu, milli, dini, irqi və etnik ayrı-seçkiliyin olmadığı, insanların təkamülü və əqidəsinə görə təqib edilmədiyi müasir sivilizasiyalı cəmiyyətin və vahid Azərbaycan dövlətinin uğurla inkişaf etdiyini bütün dünyaya bir daha elan etdi. Öz çıxışında dövlət başçımız qeyd etdi ki, ölkədə yeni siyasi dövrün başlanması iqtidar-müxalifət dialoqunun daha mütərəqqi, daha demokratik müstəvidə hərəkət etməsinə bir vəsilədir.

Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr” şöbəsinin yaradıldığı ilk gündən Ölkə Prezidentinin apardığı siyasi xəttə, o cümlədən mövcud siyasətə verdiyi tövsiyələrə uyğun olaraq siyasi partiya rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi, onların fəaliyyətində olan müəyyən çətinliklərin aradan qaldırılması, verilən təkliflərin diqqətlə öyrənilməsi, əsasən də azərbaycançılıq fəlsəfəsinin ön plana çəkilməsi daha mütərəqqi siyasətin təzahürüdür. Hesab edirəm ki, yeni siyasi dövrdə yaradılmış Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ümumazərbaycan maraqlarına xidmət edəcək və dövlətimizin daha da inkişafına yeni tövhələr verəcək.

- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

- Bayaq qeyd etdiyim kimi, kecən il cənab Prezident tərəfindən start verilən islahatlar, yeni siyasi dövrun başlanması təbii ki, Milli Məclisə də öz təsirini göstərmişdir. Belə ki, hələ seçki öncəsi xalqa müraciət edən İlham Əliyev cənabları gəncləri, özündə siyasi güc hiss edən hər bir vətəndaşı bu siyasi prossesdə fəal iştirak etməyə dəvət etmiş və seçkinin xalqın iradəsinə buraxmışdır. Təbii ki, Milli Məclisin VI cağırışına olan həm namizədlər, həm də seçicilər fərqli istiqamətlərdə özünü doğrultmuşdur. Yeni seçilmiş deputatlar daha potensiallı olmaq iqtidarındadırlar. Təbii ki, ilk dəfə olaraq xanım spikerin Milli Məclis sədrliyinə secilməsi və bu məsul vəzifənin icra edilməsi dövlətimizdə gender bərabərliyi istiqamətində siyasi kursun düzgün istqamətlənməsi kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, yeni Milli Məclis xalqın rifahı uğrunda aparılan bütün qanuni islahatlarda özünü doğruldacaq və hər cəhətdən cənab Prezidentin ətrafinda sıx birləşərək daha mükəmməl cəmiyyət quruculuğuna nail olacaqlar. Hər bir millət vəkilinə bu işdə uğurlar arzulayıram.

- Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?

- Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskanın böyük qıtlığı yaşanması ilə əlaqədar, Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi açılmışdır. Azərbaycanda tibbi maska istehsalına başlanılması ilk növbədə, bu addımı atan Prezident İlham Əliyevin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərir və sübut edir ki, Azərbaycanda dövlət tərəfindən bu istiqamətdə konkret və ardıcıl tədbirlər görülür. Bundan başqa, bu müəssisənin fəaliyyətə başlaması Azərbaycanda qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla yanaşı, daxili tələbatı ödəmək məqsədilə yerli istehsalı genişləndirmək istiqamətində son illərdə həyata keçirilən işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.

Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə 65 yaşdan yuxarı 176 məhbusun azadlığa buraxılması isə ən humanist addımlardan biridir. Belə bir həssas dönəmdə ölkə başçısının bu cür nəcib addım atmasını təqdirə layiq hesab edirəm.

aia.az
Orxan Hüseynov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024