Mobil versiya
“Ölkə Prezidentinin “Biz bir yerdə güclüyük” çağırışına qoşulduq və öz dəstəyimizi bildirdik – F.Rzaquliyev
Tarix: 10-04-2020 | Saat: 13:03
Bölmə:Ölkə | çapa göndər

“Ölkə Prezidentinin “Biz bir yerdə güclüyük” çağırışına qoşulduq və öz   dəstəyimizi bildirdik –





“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin müsahibəsi

-Füzuli müəllim, qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

-Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirusla mübarizə çərçivəsində əhaliyə müraciət edədək #evdəqal həştəqi ilə yeni aksiyaya start verdi və insanları evdə qalmağa çağırdı. “Siz də bu təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın” – deyə müraciət etdi. Azərbaycan bu çağırışa qoşuldu. Ölkə rəhbəri cənab İlham Əliyev dünyada yayılmaqda olan pandemiyanın qarşısının alınması üçün ciddi tədbirlər görməyə və hər kəsi bu işdə birgə olmağa çağırdı. Biz də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, ölkənin ən iri ictimai birliyi olaraq özünün 67 minlik veteranlar ordusu ilə bu çağırışa, o cümlədən ölkə prezidentinin “Biz bir yerdə güclüyük” çağırışına qoşulduq və öz dəstəyimizi bildirdik. Faktiki olaraq gözlə görünməyən bir düşmənlə üzbəüzük. Pandemiyanın bütöv bir xalqı hədəfə aldığını görməzdən gəlmək olmaz. Biz döyüşçülər öz Vətənimiz və xalqımız uğrunda vuruşmuş insanlarıq. Bu ağır və təhlükəli günlərdə biz kənarda dayana bilmərik. Ona görə də “Evdə qal, Vətəni xilas et!”-deyirik.

-Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

-Prezident İlham Əliyev Milli Məclisdə deputatların qarşısında duran vəzifələrlə bağlı dəyərli tövsiyələr verdi. Prezident qeyd etdi ki, deputatlar səmərəli qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə də daim ünsiyyətdə olmalı, onların problemlərinin həlli ilə məşğul olmalıdırlar. Prezidentin göstərişiylə ölkənin həyatında ilk dəfə müxtəlif siyasi xətt və baxışları olan qüvvələrlə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti təqdirə layiq bir hadisədir. Ölkədə siyasi barışıq üçün hakimiyyətin addım atması müsbət haldır və onun gücünü göstərir. Bütün dünyada bu tendensiya bu cür qəbul olunur. Biz bu addımı da cənab prezidentin müdrik bir addımı kimi dəyərləndiririk.

-Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

-Prezident öz çıxışında qeyd etdi ki, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edir ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Prezident: “Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var”. Beləliklə, dövlət başçısının ortaya qoyduğu siyasi iradə, başlatdığı inqilabi islahatlar kursu hakimiyyətin bütün qolları tərəfindən dəstəklənməli, inkişaf etdirilməlidir. Başqa sözlə, hakimiyyətin bütün qanadları kimi, yeni parlament də yeni çağırışlarla üz-üzədir. Bu tələblərə uyğun olaraq formalaşan, gənclik və təcrübənin birləşdiyi yeni parlamentin bu çağırışlara lazımınca cavab verəcəyinə ümidlər böyükdür. Həmçinin bunca illər ərzində parlamentin Qarabağla bağlı bir susqunluğunu qeyd etməliyəm. Dövlət başçısının Milli Məclis üzvlərindən daha bir gözləntisi haqlı olaraq, Azərbaycanın haqq işinin, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, erməni yalanlarının ifşasında dövlətin apardığı ardıcıl və məqəsdyönlü siyasətə parlament üzvlərinin də lazımınca dəstək verməsi oldu. Prezident konkret olaraq dedi: “Beynəlxalq fəaliyyətlə bağlı demək istərdim ki, bizim deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil olunurlar. Əlbəttə ki, orada əvvəlki illərdə də fəallıq kifayət qədər yüksək idi. İndiki dövrdə daha da yüksək olmalıdır. Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar”. Bu da tam yeni bir mövqe kimi biz veteranların çoxdan gözlədiyi və parlamentdən tələb etdiyi bir mövqedir.

-Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?

-Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etdilər. Pandemiya ilə bağlı ölkəmizdə bir maska qıtlığı vardı. Hətta bu barədə jurnalist məndən münasibət soruşduqda, mən “Bizə maska deyil, Qarabağda döyüşmək üçün kaska lazımdır” – demişdim. Lakin faktiki olaraq bu müəssisəyə ciddi ehtiyac vardı. Maskalardan istifadə koronavirusla mübarizədə xüsusi əhəmiyyət daşıyır. Odur ki, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmış, insanların tələbatına uyğun sayda tibbi maskalar tapmaq çətinləşmişdi. Yeni müəssisə isə özümüzü tibbi maskalarla təmin etməyə və koronavirusla mübarizə başa çatandan sonra da idxaldan asılı olmamağa imkan verəcək. Elə bu önləyici tədbirləri gördüyünə görə ÜST bizim prezidentin fəaliyyətini müsbət qiymətləndirib.

Risk qruplarıyla da işlər görülür. Bu humanist addımlardan biri də həbsxanadan bu risk qruplarına aid məhbusların buraxılmasıdır. Prezident İlham Əliyevin koronavirusla bağlı verdiyi sərəncamlar yerli yerindədir. Amma yerlərdə icra olunmasında böyük nöqsanlar var. Demək olar ki, verilən göstərişləri aidiyyatlı qurumlar yerinə yetirə bilmirlər...

aia.az
Nurlan Həsənov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024