Mobil versiya
Pandemiya dövründə öskürək terror kimi qiymətləndirilə bilər
Tarix: 10-04-2020 | Saat: 10:27
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Pandemiya dövründə öskürək terror kimi qiymətləndirilə bilər



Pandemiya dövründə öskürək terror kimi qiymətləndirilə bilər.

Bu barədə "The Washington Post” xəbər yayıb.

Nəşr bunamisal kimiinsanların həm sadə vətəndaşların, həm də polislərin üzünə bilərəkdən öskürməsi hallarınımisal gətirib.

Buna oxşarbaşqa hadisələr də var: Martın əvvəllərində Missuri ştatında mağazaya girən kişi dezodorant olan rəfi yalamasının videosunu paylaşmışdı. Sonradan həmin kişi terror təhlükəsini yaratmaqda ittiham olunmuşdu.

Bildirilir ki, koronavirusun yayılması ilə əlaqədar yeni-yeni qaydalar yaradılır. Lakin bu qaydalara hamı riayət etmir, polislər isə potensial yoluxanlarla təmasda olmaq məcburiyyətində qalırlar.

Qəzetin yazdığına görə, insanlar koronavirusdan başqalarına hədə kimi istifadə etməyə başlayıblar. Belə ki,Pensilvaniyada qəzəblənən qadın müştərinin ərzaqların üstünə öskürməsinə görə, mağaza sahibi 35 min dollarlıq ərzağıtullamaqməcburiyyətində qalmışdı.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024