Mobil versiya
SDU-nun tələbələri “Evdə qal” aksiyasında fəal iştirak edirlər
Tarix: 08-04-2020 | Saat: 18:11
Bölmə:Manşet / Təhsil | çapa göndər

SDU-nun tələbələri “Evdə qal” aksiyasında fəal iştirak edirlər




Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq Sumqayıt Dövlət Universitetində tədris prosesi onlayn və oflayn formada təşkil olunmuşdur. Tədris olunan fənlərin xüsusiyyətindən asılı olaraq dərslərin bir hissəsi yaradılmış WhatsApp qrupları əsasında keçirilir. Burada dərslər universitetdə keçirilən dərs cədvəllərinə uyğun aparılır, mühazirə müəlliminin mühazirəsi WhatsApp qrupa daxil olan tələbələrinin iştirakı ilə oxunulur. Mühazirə və məşğələ müəllimlərinin birgə işləməsi nəticəsində tələbələrə dərslər aydın şəkildə başa salınır.

Universitetdə daha çox istifadə olunan sistemlərdən biri tələbələrin dərslərinin oflayn qaydada təşkilinə hədəflənən, SDU-nun da tərəfdaşı olduğu Erasmus+ layihəsi çərçivəsində hazırlanmış “Moodle” sistemidir. Müəllim və tələbələr sistemdən istifadə etmək üçün yaradılmış moodle.sdu.edu.az saytında qeydiyyatdan keçirlər. Müəllimlər dərsin mənimsənilməsi üçün tələb olunan materialları sayta yerləşdirirlər, tələbələr isə istədikləri vaxt bu materiallardan istifadə edərək dərslərə hazırlaşırlar.

Universitetdə, həmçinin, dərslərin təşkili üçün “Zoom meeting online” və “Trueconf online” sistemlərindən də istifadə edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Microsoft şirkətinin texniki dəstəyi ilə tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadə məsləhət görülmüşdür. Bunu nəzərə alaraq Sumqayıt Dövlət Universitetinin tələbələri “Microsoft Teams” onlayn platforması üzərindən canlı rejimdə təşkil edilən onlayn dərslərdə iştirak edirlər.

Eyni zamanda tələbələr dərsləri ilə yanaşı asudə vaxtlarını da səmərəli keçirirlər. Tələbə Gənclər Təşkilatı, Tələbə Gənclər Klubu “Evdə qal” aksiyasına könüllü dəstək olur, onlayn formada görüşlər təşkil edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının qlobal pandemiya elan etdiyi koranavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində universitetin Tələbə Gənclər Təşkilatı onlayn psixologiya dərnəyi, İntellektual oyunlar, “Şeir müsabiqə”si, Kitab Conversation, Rəsm klubları ilə keçirdikləri onlayn görüşlər nəticəsində təşkilatın üzvləri ilə birliklərini nümayiş etdirirlər. Universitetin “Səma” rəqs ansamblının kollektivi milli rəqsləri ilə könülləri riqqətə gətirir. Klubda fəaliyyət göstərən rəssamlıq və dekorativ sənətlər dərnəyinin üzvləri rəssamlıq və dekorativ sənət nümunələrini onlayn nümayiş etdirirlər. Keçirilən onlayn tədbirlərin linkləri sonda göstərilmişdir.

Bu günlərdə Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı fəaliyyətinin 15 illik yubileyini onlayn formada qeyd etdi. Ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və bir çox ali təhsil müəssisələrinin tələbələri Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının 15 illik yubileyini onlayn formada təbrik etdilər və fəaliyyətlərinə uğurlar arzuladılar. Onu da qeyd edək ki, təşkilatın yubileyi pandemiya əleyhinə tədbirlər sona çatdıqdan sonra universitetdə geniş qeyd olunacaq.

Hazırda SDU-da Tələbə Gənclər Klubu və Tələbə Gənclər Təşkilatı gənclərin asudə vaxtının səmərəli təşkili, onların dövlətçilik ruhunda tərbiyə olunması, vətənpərvərlik ruhunun artırılması və s. istiqamətdə görülən tədbirləri onlayn formada davam etdirirlər.

aia.az











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024