Mobil versiya
“1 DONOR 2 HƏYAT” – Xanım millət vəkilindən qanvermə aksiyası ilə bağlı ÇAĞIRIŞ
Tarix: 08-04-2020 | Saat: 12:39
Bölmə:Manşet | çapa göndər

“1 DONOR 2 HƏYAT” –



Millət vəkili Könül Nurullayeva xeyirxah təşəbbüslə çıxış edib.

Karantin dövründə Qan Bankına müraciətlərin kəskin azalmasını xatırladan millət vəkili talassemiya və hemofiliyalı xəstələrə dəstək verməyimizin vacibliyini vurğulayıb.

Bununla bağlı müraciətdə deyilir:

“Dəyərli Nizami rayon sakinləri və həmvətənlərim,
Bildiyiniz kimi ÜST-ün qərar və tövsiyyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə epidemioloji, tibbi profilaktik və müalicə tədbirlərin həyata keçirilməsi üçün qəbul edilən qərarlar və onların operativ həyata keçirilməsi sahəsində dövlətimiz tərəfindən əhəmiyyətli işlər görülür.

İnsanların karantin dövründə hərəkətində olan məhdudiyyətləri və sağlamlığının təhlükəsizliyini nəzərə alaraq Qan bankına könüllü olaraq qan vermək istəyində olan müraciətlərin sayı nəzərə çarpacaq şəkildə azalmışdır.

Eyni zamanda ölkəmizdə talassemiya və hemofiliyalı xəstələrə dövlət tərəfindən xüsusi qayğı və diqqətin göstərildiyini vurğulayıb: “Bu çətin dövr ərzində Heydər Əliyev Fondunun humanist çağırışına cavab olaraq, qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyacı olan uşaqlara dəstək vermək, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə “1 DONOR 2 HƏYAT” adlı qanvermə aksiyasına start veririk. Xüsusi karantin dövrü ərzində donorların Milli Hematologiya və Transfuziologiya Mərkəzinə təhlükəsiz şəkildə çatdırılmasını təmin edəcəyik”.



Millət vəkili daha sonra hər kəsdən qana ehtiyacı olan uşaqlara yardım etmək məqsədilə bu humanist aksiyada könüllü şəkildə iştirak edərək həmrəylik və birlik nümayiş etdirmələrini xahiş edib.

Xatırladaq ki, könüllü olaraq aksiyada iştirak etmək istəyən vətəndaşlar “Deputat Qərargahında” yaradılmış İşçi Qrupu ilə əlaqə saxlaya bilərlər. (İş: 012 422 22 41, mob: 055 276 23 75)
Biz birlikdə güclüyük!


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5167 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}