Mobil versiya
Ağır koronaviruslu xəstələrə tətbiq olunan ECMO nədir?- Həkimdən AÇIQLAMA
Tarix: 07-04-2020 | Saat: 21:34
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Ağır koronaviruslu xəstələrə tətbiq olunan ECMO nədir?- Həkimdən AÇIQLAMA






Reanimasiyaya ehtiyacı olmuş xəstələrə (yenidoğulmuş , uşaq , böyük olaraq ) göstəriş olduqda və klinikanın şərtləri müvafiqdirsə , tibbin son standartlarına uyğun olaraq ECMO istifadəsi lazım gələ bilər.

ATU Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Dr. Aygün Rüstəmxanlının ECMO barədə geniş təhlil və məlumatını təqdim edirik.
ECMO nədir, nə zaman ehtiyac olur, kimlərə edilir?

ECMO xəstəyə zaman qazandırmaqda faydalı olan müalicə üsuludur
Tətbiqi ücün xəstədə geri dönüşlü bir xəstəlyin olması vacibdir .

Bu nə deməkdir ? Məsələn: Xəstə ciddi ürək catışmamazlığı ilə daxil olur və bunun səbəbi dəqiqləşir - miokardit

Nəticə etibarı ilə miokarditin yaranma səbəbi əsasən viruslardır ki , cox zaman geri dönüşlüdür .
Əsas xəstəliyin müalicəsi ücün vaxt qazansaq, xəstə toparlanacaqdır .

ECMO - kimə , hansı göstəricilərdə tətbiq olunmalıdır ?

Kəskin sərhəd qoyulmuş hüdudları yoxdur .

Geri dönməsi mümkün bilinən, tibbi problemlərlə izlədiyimiz xəstədə digər bütün üsullar effekt vermirsə icra olunmalıdır . Lakin burada bir xüsusi yanaşma olmalıdır. Əgər bütün üsulların effekt verməyini gözləsək, bu zaman da ECMO ücün gecikmiş ola bilərik . Zamanlama ücün qızıl orta xəstədən - xəstəyə həkim dəyərləndirməsinə görə uygun bilinməlidir.

Beləliklə ECMO - keçici bir invaziv müdaxilə olmaqla, altda yatan problemin həllinədək zaman qazandıraraq, xəstədə oksigenasiyanı təmin etmə metodudur .

İki fərqli ECMO vardır :

Vena- Venoz ECMO
Vena - Arterial ECMO

Yəni nəticə etibari ilə sizin iki kateteriniz vardır .

Qanı Venoz sistemdən alıb təkrar venoz sistemə göndərən VV ( vena- venoz ) ECMO ağ ciyərlərlə , ventilyasya ilə bağlı oksigenizasiya pozğunluqlarında icra olunur .

Qanı venoz sistemdən alaraq arterial sistemə göndərən kardiak sistemlə, qanın pompalanması ilə bağlı oksigenasiya pozğunluqlarında Vena Atreal ECMO icra olunur .

Drenə edilən vena - femoral vena, internal yuqular vena ola bilər. Drenə olunmuş qan sentrifuqal pompaya axır . Buradan pompalanmış qan ECMO cihazının membranına ( Membrane Lung ) ötürülür
Qan burdan kecərkən karbondioksid uzağlaşdırılaraq oksigenizasiya təmin edlir . Buna hava və oksigen qarışdırıcı blendor dəstək verəcəkdir .

Daha sonra isə xəstənin öncədən secdiyimiz, kateterizə etdiyimiz venoz və ya arteriyal sisteminə ötürüləcəkdir .

Bu sistemdə dövranı zamanı bir sıra yerlərdə təzyiq ölcülür .

Pompanın önündə, membrandan sonra təzyiq ölcmə klapanları vardır Bundan əlavə hava qabarcığı girişi risqini aradan götürmək ücün sentrifuqal pompadan birbaşa sonra aftosensorlar vardır .

Bir daha üzərində dursaq :

VV ECMO - dirəncli tənəffüs yetməzliyi , dirəncli hipoksemiya , hiperkapniya , mexaniki ventilyasiya yetərsizliyində tənəffüs dəstəyini təmin edəcəkdir

Kateterlər yerləşdirildikdən sonra, xəstələrdə qanaxma müşahidə olunur , cünkü antikoaqulasiya aparılır . Qan orqanizmdən kənarda fərqli mühitdə , borular içərisində dövr etməyə başlayır. Beləliklə kateterizasiya en az invaziv giriş məqsədiylə floroskopiya yada USM ilə birlikdə icra edilərsə, perkutan girişə nisbətən qanaxma daha az görüləcəkdir .

Vena- Arterial ECMO isə əsasən kardiak olmaqla hemodinamik dəstək verməsiylə yanaşı , tənəffüs dəstəyi də verərək gaz mübadiləsini - perfuziyanı təmin edir .

Əsas göstəriş kardiyogen şokdur . SQT aşağı, kardiak indeks <1,8-2,2 L/dəq ( dəstək ilə ) , Pulmonar ödem təsdiqlənmiş hallarla müşahidə olunur .

Bu zaman femoral venadan alınıb membranda oksigenizasiyası təmin edilmiş qan femoral arteriyaya verilir . Bəzən kardiocərrahın köməyi ilə venoz kanula sağ atriuma arterial kanula isə aortaya yerləşdirilərək V-A ECMO icra edilir

ECMO fəsadları varmı?

Qanaxma ( ən cox )
Tromboz, işemik problemlər yarana bilir. Tromboz oksigenatorda 13 % hallarda rastlanılır .

Təcrübəyə əsaslanaraq mütəxəsislər , daxildə yerləşən membrana baxarkən trombozu müəyyən edə bilər .
Pompada da trombozun olması mümkündür . Bu zaman pompa gurultulu səslə işləyəcəkdir . Ciddi intravaskulyar hemoliz , hemoqlobinuriya müşahidə edilərsə ECMO devrəsi ( konturları ) dəyişdirilməlidir
Aktiv laxtalanma vaxtı (ACT ) 180 -200 saniyə arasında saxlamağa calışılmalıdır
Beləliklə müayinələr - aPTT , aktiv laxtalanma vaxtı , anti - X a , tromboelastoqrafiya oluna bilər
•Ətraflarda işemik dəyişikliklər femoral arteriya kateterizasiyası səthə yaxın olduğu zamanı
( VA - ECMO da )
•Kompartman sindromu
•Hemoliz , vW sindromu , YDDLS
•Heparin indikatorluğuna bağlı trombositopeniya zamanı trombin inhibitoru , Bivaluridin , fondaparinux istifədə olunur .
•Hava emboliyası
- Kardiak və ya mayor vaskulyar yırtılma ( rüptür )

- ECMO xəstələrinin qanaxmaya görə idarə olunması:

Kanyula tipi - periferik perkutan
Kanyula yerləşdirmə : damar delatasiya edilərək yeridilməli , kəsilməməlidir.
Kanyul təsbitlənməsi - yapışdırıcı bantlar istifadə edilməlidir .
Qanaxmanı artıracaq müdaxilələr məhdudlaşdırmalıdır .
Qanaxma formasını dəqigləşdir ;
lokolizəmi ? Generalizəmi ?
Fibrinogen , aPTT , İNR , D - Dimer ölcülməli
Qanaxmanı kontrola alana qədər antikoaqulant dayandırıla bilər
Maye və qan resisutasiyası uyğun olaraq aparılmalıdır
Antifibrinolitiklər faydalı ola bilər
Lokal hemoststiklər ( toxuma bantları )
Laxtaya bağlı hiperfibrinoliz düşünülürsə cihazın konturları dəyişdirilir.

ECMO + Mexaniki ventilyasiya aparılan xəstədə
Hipoksiya müşahidə edərsinizsə :

ECMO dövrəsində axın sürəti və FiO 2 atrırılır
Mexaniki ventilyasiyada FiO2 və PEEP və digər parametrlər dəyişdirilməz .

Mexaniki ventilyasiyadakı göstəricilər minimuma endirilərək ECMO üzərindən hipoksiyanım , hiperkapniyanın korreksiyası aparılmalıdır



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024