Novruzəli Aslanov: “Revanşist düşüncənin açıq təzahürü sülh gündəliyinə ciddi təhdid yaradır”
Tarix: 15-09-2026 | Saat: 15:12
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Ermənistanda son günlər müşahidə olunan ritorika göstərir ki, Azərbaycanla sülh prosesinin qarşısında dayanan əsas maneələrdən biri hələ də keçmişin revanşist düşüncəsindən tam xilas ola bilməyən dairələrdir. Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-12-də Qarabağ və Şərqi Zəngəzura səfəri ətrafında yaradılan süni gündəm bunun növbəti nümunəsidir. Xarici diplomatların Azərbaycan ərazisinə səfərinə etiraz etmək məntiqsiz olmaqla yanaşı, beynəlxalq münasibətlərin fundamental prinsiplərinə də ziddir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu reallıq artıq mübahisə predmeti deyil. Ermənistanın özü də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Belə olduğu halda Ermənistan cəmiyyətindəki bəzi qüvvələrin diplomatik nümayəndələri Azərbaycanın suveren ərazisində hərəkət etdiklərinə görə hədəfə alması həmin bəyanatların səmimiliyinə ciddi suallar yaradır.”
Milli Məclisin deputatı Novruzəli Aslanov bunları aia.az-a verdiyi açıqlamada deyib.
Millət vəkili bildirib ki, diplomatik korpusun səfəri əslində Ermənistan üçün də faydalı ola biləcək bir reallıq yoxlamasıdır: “Bu səfər sayəsində xarici diplomatlar Qarabağ haqqında sosial şəbəkələrdə yayılan birtərəfli məlumatlara deyil, bölgədə gördükləri vəziyyətə əsaslana bilirlər. Onlar işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı nəhəng bərpa və quruculuq prosesinin şahidi olurlar. Şuşada və Xankəndidə aparılan işlər, yeni infrastrukturun yaradılması, insanların öz doğma yurdlarına qayıtması bölgənin gələcəyinin necə formalaşdırıldığını nümayiş etdirir. Ermənistanın bəzi dairələrinin bu mənzərədən narahatlığının digər səbəbi isə tarixi irs üzərində qurulan saxta narrativlərin getdikcə zəifləməsidir. Gəncəsər və Xudavəng abidələrinin erməni irsi kimi təqdim edilməsi ilə yanaşı, Qafqaz Albaniyası irsinin bütövlükdə Azərbaycan tarixindən təcrid edilməsinə cəhdlər elmi həqiqətləri siyasi iddialara tabe etdirmək istəyidir. Tarixə etnik üstünlük prizmasından yanaşmaq nə obyektivdir, nə də sülhə xidmət edir. Burada Ermənistanın tarixə münasibəti ilə bağlı da ciddi ziddiyyət meydana çıxır. Azərbaycan xalqının indiki Ermənistan ərazisində əsrlər boyu yaratdığı mədəni irsin böyük hissəsinin məhv edilməsi və ya izlərinin silinməsi barədə çoxsaylı faktlar mövcuddur. Məscidlərin, qəbiristanlıqların və yaşayış məskənlərinin dağıdılması fonunda Qarabağdakı hər bir abidə ətrafında siyasi kampaniya aparmaq ikili standartın göstəricisidir. Mədəni irsə münasibət universal olmalıdır. Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Daha diqqətçəkən məqam isə bu kampaniyanın Ermənistan hakimiyyətinə yaxın informasiya resurslarında da geniş şəkildə yayılmasıdır. Bu fakt göstərir ki, söhbət yalnız ayrı-ayrı radikal qrupların spontan reaksiyasından getmir. Ermənistan siyasi mühitində revanşist yanaşmaları qidalandıran qüvvələr hələ də mövcuddur. Parlament sədrinin xarici diplomatların Azərbaycan ərazisinə səfəri ilə bağlı açıqlaması da bu baxımdan yolverilməzdir. Sülhün möhkəmlənməsi üçün Ermənistan ilk növbədə reallıqla barışmalıdır. Azərbaycan öz suverenliyini bərpa edib və Qarabağda yeni həyat qurur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət regionda sabitliyin, inkişafın və dayanıqlı sülhün əsasını formalaşdırır. Bu reallığı qəbul etmək əvəzinə xarici diplomatları hədəfə almaq isə Ermənistanın hələ də köhnə düşüncə tərzinin təsirindən tam qurtulmadığını göstərir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər