Mobil versiya
General Rusiyadan gələn azərbaycanlılara görə sərhədə getdi - Fotolar
Tarix: 04-04-2020 | Saat: 14:59
Bölmə:Ölkə | çapa göndər

General Rusiyadan gələn azərbaycanlılara görə sərhədə getdi






Azərbaycan və Rusiya arasında əldə olun­muş razılı­ğa əsasən və Azərbaycan Respublikasının Nazirlər Ka­bineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayı­nın 4-də saat 11:00-dan başlamaqla “Samur” dövlət sərhədindən bura­xılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respub­likası vətəndaşlarının qəbulu, ölkə ərazisinə bu­ra­xılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib.

Aia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra “Tibbi Ərazi Böl­mə­lərinin İda­rəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilib. Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoru­yucu maskalar və digər təhlükəsizlik vasitələri verilir, onlar Azərbay­canda elan olun­muş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayon­ların ərazisində bu məqsədlər üçün ayrılmış mərkəz­lərdə müəyyən olun­muş müddətlərdə karantin rejiminə yerləşdirilirlər.

Azərbaycan Prezidenti İl­ham Əliyevin tapşırığına əsasən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 4 aprel tari­xində “Samur” dövlət sər­hədindən buraxılış məntəqəsində olub və Rusiya Federasiya­sın­dan gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbir­lərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.

Dövlət sərhədin­dən buraxılış məntəqəsində xidmət apa­ran şəxsi heyətin təhlükə­siz­liyinin təmin edilməsi və sağlam­lıqlarının qo­runması üçün görül­müş işlər nəzərdən keçirilmiş, zəruri tapşırıq və göstərişlər veril­mişdir. Ka­­rantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­muş nəqliyyat vasitələrinə baxış keçirilib.

Dövlət sərhədindən ölkə ərazisinə buraxılan vətəndaşlarla gö­rüş keçirilib, Prezident İl­ham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mü­barizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat ve­ril­miş, xahiş və müraciətləri dinlə­nilib.

Söhbət zamanı vətəndaşlar Azərbaycan və Ru­­­siya dövlət sərhədlərindən gediş-gəlişin tam məh­­­­dudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmə­ləri üçün yaradılmış şəraitə görə Prezi­dent İlham Əliyevə və Bi­rinci vitse-prezidenti Mehriban Əliyevaya öz dərin min­nətdarlıqlarını bildirib, bu halı dövlətin öz vətəndaşına göstərə bil­diyi diqqət və qayğının ali nümunəsi olmasını qeyd ediblər.











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024