Mobil versiya
Karantin rejimini pozan daha 9 nəfər həbs edildi
Tarix: 04-04-2020 | Saat: 12:45
Bölmə:Karusel | çapa göndər

[img]https://qafqazinfo.az/uploads/1585810179/X22.jpg[/img







Ötən gün xüsusi karantin rejimini pozduqlarına görə 9 nəfər inzibati qaydada həbs edilib, 5073 nəfər inzibati cərimə olunub

Aia.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, aprelin 3-dən 4-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 11, o cümlədən Bakı şəhərində 3 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 5062 nəfərə, onlardan Bakı şəhəri üzrə 3718 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 9 şəxs isə inzibati qaydada həbs olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

579 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2020
31-05-2020
{sape_links}{sape_article}