Mobil versiya
Koronavirusa yoluxanların çoxu Bakıdandır - Rayonların statistikası
Tarix: 03-04-2020 | Saat: 21:03
Bölmə:Manşet | çapa göndər

Koronavirusa yoluxanların çoxu Bakıdandır






Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib.

Aia.az-ın məlumatına görə, pandemiyaya yoluxanlardan 149-u Bakıdandır. Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. Abşerondan olan koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir.

Bakının digər rayonları üzrə göstəricilər:

Xətai rayonu - 13, Səbail rayonu- 10, Qaradağ rayonu - 9, Sabunçu rayonu - 7, Suraxanı rayonu - 5, Pirallahı - 2, Xəzər rayonu - 3, Nizami rayonu - 2, Qeyri-müəyyən - 6

Azərbaycanın bölgələrinə gəldikdə isə, bu göstərici ən çox Lənkəranda (18) və Cəlilabaddadır (15). Koronavirusa yoluxanlardan 98 nəfəri isə ölkə xaricindən gələnlərdir.

Digər bölgələr üzrə göstəricilər:

Salyan - 12, Qusar - 9, Tovuz - 5, Neftçala - 4, Astara - 3, Naftalan - 3, Daşkəsən - 3, Füzuli - 3, Xaçmaz - 3, Zaqatala - 3, Ucar - 3, Ağdam - 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar - 1.

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir. Məlumatlar koronavirusinfo.az saytında yayımlanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024