Mobil versiya
Nizami rayonunda dezinfeksiya işləri davam etdirilir
Tarix: 31-03-2020 | Saat: 18:56
Bölmə:Manşet / Ölkə | çapa göndər

Nizami rayonunda dezinfeksiya işləri davam etdirilir




Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarının icrası ilə əlaqədar koronavirus (COVİD – 19) infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayon ərazisində profilaktik dezinfeksiya işləri aparılır.

31 mart 2020-ci il tarixində rayonun bütün ərazilərində, o cümlədən Rüstəm Rüstəmov küçəsi 35 və Qara Qarayev prospekti 61 ünvanlarda yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, zirzəmilərdə, məhəllədəki mini stadionda və söhbətgahlarda, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllədaxili yollarda dərman və xüsusi texnika ilə təchiz edilmiş işçi qruplar tərəfindən dezinfeksiya işləri aparılıb.

Rayon ərazisində dezinfeksiya işləri gündəlik olaraq davam etdirilir.

Bundan əlavə, rayon ərazisində yaradılmış mobil qruplar tərəfindən əhalinin maarifləndirilməsi məqsədilə, xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə evdə qalmaları tövsiyə edilib.























Məlumatlanmaq üçün Facebook səhifəmizi

575 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2020
31-05-2020
{sape_links}{sape_article}