Mobil versiya
Afrikada həkimlər qapı-qapı gəzəcək...
Tarix: 01-04-2020 | Saat: 19:45
Bölmə:Karusel | çapa göndər

Afrikada həkimlər qapı-qapı gəzəcək...





Afrikada Kovid-19 pandemiyasının mərkəzinə çevrilən Cənubi Afrika Respublikası mübarizə tədbirlərini gücləndirir.

Aia.Az xəbər verir ki, ölkədə həkimlər qapı-qapı gəzib koronavirus daşıyıcılarını aşkar edəcək.

Bu barədə dövlət başçısı Siril Ramafosa xalqa müraciətində danışıb. O, virusla mübarizəyə 10 min ictimai sektor işçisinin cəlb ediləcəyini bildirib. Prezidentin sözlərinə görə, yüngül simptomları olan xəstələr evdə müalicə alacaq, orta və ağır simptomları olanlarsa klinika və xəstəxanalara yerləşdiriləcək.

Qeyd edək ki, Afrika qitəsində koronavirusa yoluxma faktı ən çox Cənubi Afrika Respublikasında qeydə alınıb - 1326 nəfər.

Küçəyə çıxma qadağasının tətbiq olunduğu ölkədə virusdan ölənlərin sayı 3-ə çatıb. (publika.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024