Mobil versiya
BAŞ TOKSİKOLOQ UŞAQ TALEYİNƏ BİGANƏLİK EDİB
Tarix: 23-02-2016 | Saat: 12:12
Bölmə:Parlament / Manşet / Karusel / Seçilənlər | çapa göndər


Sağlamlıqla bağlı problemlər yarandığında xəstələr ağrıkəsicilərdən, həkimlər isə antibiotiklərdən istifadəyə meyilli olurlar. Qısa zaman üçün ağrılardan xilas edən ağrıkəsici və antibiotiklər isə bəzən sağlamlıq üçün təhlükələrə də yol açır. Bu sırada isə antibiotiklərdən zəhərlənmə halları daha çox üstünlük təşkil edir.
Hələ keçən ilin may ayında KİV-ə verdiyi açıqlamada Kliniki Tibbi Mərkəzin Toksikologiya şobəsinin baş həkimi Azər Maqsudov şobəyə müraciət edənlər arasında belələrinin az olmadığını bildirmişdi. Haqqında söz açacağımız hadisə isə ona dəlalət edir ki, baş toksikoloq lazım gələndə öz söylədiklərini unutmağı bacarır.

Redaksiyamıza ərizə ilə müraciət edən vətəndaş Rəqsanə Cənnətova övladı Asif Cənnətovun qəbul etdiyi dərman preparatlarından zəhərləndiyini yazıb. R. Cənnətova bildirir ki, halı pisləşən uşağı Sabunçudakı 3 saylı şəhər Kliniki Xəstəxanasına aparıb. Xəstəxananın pediatriya şöbəsində müayinə edildikdən sonra uşağın həqiqətən dərmandan zəhərləndiyi təsdiqlənib, mədəsini yuyulması, qanının dəyişilməsi məsləhət görülərək təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şobəsinə aparılıb. Ərizədən oxuyuruq: "Toksikologiya şöbəsində uşağı qəbul etmədilər ki, bəs ünvanı səhv salmısınız, bura narkomanlar gətirilir".

Şikayəti araşdırmaq məqsədilə redaksiyadan zəng vurub baş toksikoloq Azər Maqsudovla telefon əlaqəsi qurduq. Doktor Maqsudov məsələdən hali olduğunu söylədi və öz işçilərinin müdafiəsinə qalxdı: "Mən öyrənmişəm, həmin uşaqda toksiki zəhərlənmə deyil, mədə-bağırsaq ağrısı olub. Bizim həkimlər onun valideyninə o cür cavab verə bilməzlər - narkomanlar narkodispanserə aparılır, bizim şöbəyə yox".

Hazırda beş gündür ki, sistem köçürülən Asifin valideynləri haqlı sual ortaya qoyurlar: "Görəsən dövlət sektorunda olan iki nüfuzlu tibb müəssisəsinin birinin qoyduğu diaqnozu ikincisi niyə inkar edir?" Həqiqətən düşündürücü olan bu suala bəlkə hörmətli Səhiyyə naziri professor Oqtay Şirəliyev cavab verə bildi.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024