Mobil versiya
Lerik meşəsində ağacların kəsilməsi faktı araşdırılır
Tarix: 26-03-2020 | Saat: 19:51
Bölmə:Cəmiyyət | çapa göndər

Lerik meşəsində ağacların kəsilməsi faktı araşdırılır






Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Lerik rayonu Hamarmeşə kəndinin yaxınlığında Gurdasar meşəbəyliyində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.

Aia.az-ın məlumatına görə, Regional Ekologiya İdarəsinin rəisi Rafael Tahirov bildirib ki, meşə sahəsinə keçirilən baxış zamanı 30-a yaxın ağacın kəsildiyi aşkar edilib. Faktla bağlı akt tərtib olunub.

“Hazırda Nazirliyin yerli qurumları və rayon polis şöbəsi tərəfindən təqsirkarların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir, nəticə barədə əlavə məlumat veriləcək”.

Nazirlik rəsmisi ağacların kəsilməsi ilə bağlı nazirliyə məlumat verən təbiətsevərlərə təşəkkürünü bildirib, vətəndaşları təbiət düşmənlərinə qarşı bundan sonra da birgə mübarizəyə çağırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024