Akif Çovdarov İlqar Əliyevin intiharı və haqqındakı ittihamlar barədə nə düşünür? - VƏKİL DANIŞDI
Tarix: 23-02-2016 | Saat: 11:04
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarovun vəkili Sadiq Rəsulov “Yeni Müsavat” qəzetinə müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir.
- Akif Çovdarov ittihamları qəbul edirmi?
- Bununla bağlı hələlik heç nə demək istəmirik. 50 adam gedib həmin parniklərə (insanlara orada işgəncə verildiyi bildirilir - red.) baxdı. Orada 1 metr dərinliyində belə yer tapmadılar. Amma adını qoymuşdular ki, orada kimlərəsə işgəncə verməyə xüsusi hazırlanmış yer var idi. Heç nə tapa bilmədilər.
- Özü həbsi ilə bağlı nə deyir? Həbsini qanuni sayırmı?
- Bu məsələlərlə bağlı heç nə demək istəmir. Bununla bağlı məndən xahiş edib ki, mətbuata nəsə deməyim.
- Saxlama şəraiti ilə bağlı şikayətlərinin olduğu deyilirdi...
- Digər saxlanılan şəxslər necə, Akif Çovdarov da eyni vəziyyətdə saxlanır. Dəhşətli dərəcədə super də deyil, adi qaydada saxlanılır. Hamı necədir, o da elə. Saxlama şəraiti normaldır. Hamı bilir ki, normal imkanı olan heç kim Kürdəxanıda (Bakı İstintaq Təcridxanası- E.M.) yemək yeməz. Hamı çalışır ki, həftədə bir dəfə evindən yemək gəlsin.
- Akif Çovdarova da belə bir şərait yaradılır?
- Həftədə bir dəfə ailəsi sovqat göndərir. Buna icazə verirlər.
- Mətbuatda Akif Çovdarovun “MTN işi” üzrə həbs olunan digər məhbuslara təsir imkanlarının olduğu yazılıb...
- Bu haqda məlumatsızam. Akif Çovdarovun digər məhbuslardan fərqli bir imtiyazı yoxdur.
- Akif Çovdarovun iş yoldaşı, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin asılı vəziyyətdə olan meyiti Bakı İstintaq Təcridxanasındakı kamerada aşkar olundu. Akif Çovdarova belə bir təhlükə varmı?
- Bununla bağlı mənə nəsə deməyib. Elə bir şikayəti olmayıb.
- Özü necə düşünür - onu təhlükəsiz şəraitdə saxlayırlar?
- Bu sual elədir ki, ona cavab verə bilmərəm. Çünki Allahın işini bilmərəm. İlqar Əliyev özünü asıb, yoxsa asıblar, orada nə olub, heç nə deyə bilmərəm. Mən deyə bilmərəm ki, onun həyatına heç bir təhlükə yoxdur. Bəlkə sabah... Normal insan yatır və bəzən səhər ayılmır. Bir şey olsun, ondan sonra mən nə deyim?!
- İlqar Əliyevin oradakı kameradan meyiti çıxandan sonra aranızda bununla bağlı müzakirə olmamış deyil. Akif Çovdarov bu haqda nə deyir, düşünür?
- İlqarla bağlı gəldiyi bir nəticə yoxdur. Mənə də nəsə deməyib.
- “MTN işi” üzrə həbs olunan şəxslərin vəkilləri Bakı İstintaq Təcridxanasında ciddi yoxlamalara məruz qalmalarından şikayət edirdilər. Sizin belə bir probleminiz olubmu?
- Digər təqsirləndirilən şəxslərin vəkillərindən fərqli olaraq “MTN işi”nə çıxan vəkili çox ciddi yoxlayırlar. İlk gündən belə olub, bu gün də belə davam edir.
- Akif Çovdarovun adı mətbuat səhifələrindən düşmür. Özünün buna münasibəti necədir?
- Özü də başa düşür ki, mətbuat yazmalıdır, yazırlar. Nə aqressiyası, nə hər hansı bir reaksiyası yoxdur. Başa düşür ki, mətbuat yazmalıdır.
- Akif Çovdarovun villalarına, maşınlarına həbs qoyulması xəbəri vardı. Həbs qoyulmayan əmlakı qalıbmı?
- İstintaq bu haqda bizə məlumat vermir. Əmlakın üzərinə həbs qoyulursa, bunu biz bilməyə bilərik. İstintaq Reyestr Xidmətinə bir məktub yazır və əmlakın üzərinə həbs qoyulur. Bu haqda biz iş materialları ilə tanış olanda biləcəyik ki, belə bir qərar var, ya yox. Bu gün Akif Çovdarovun satdığı bir şey yoxdur, aldığı bir şey yoxdur. Ona görə də bu haqda bilmirik.
- Necə düşünürsüz, istintaq hərəkətləri intensivdir, yoxsa araşdırmalar ləng gedir?
- Dindirdikləri günlər çox olur. Amma bu o demək deyil ki, onu hər gün dindirirlər. İş onsuz da genişdir. Orada yeganə təqsirləndirilən şəxs Akif Çovdarov deyil.
- Akif Çovdarov MTN-in ən böyük idarəsinin rəisi olub. Ən çox şikayətlər də həmin idarədən və məhz Akif Çovdarovdan olub.
- Orada böyük idarələr bir neçə olub. Bu gün həbsdə Teymur müəllim, Sübahir müəllim də var. Onlar da generallardır. Belə götürəndə onlar da özlərinə görə idarə rəisi, vəzifəli şəxs olublar.
- Akif Çovdarov Eldar Mahmudovun istintaqdan kənar qalması haqda nə deyir?
- Heç bir fikir deməyib. Mən də soruşmamışam. Yəni mən Akif Çovdarovu müdafiə edirəm, nəyimə lazımdır ki, kim bayırda qalıb, kim həbs olunub? Mənə lazımdır ki, Akif Çovdarova qarşı prosessual pozuntu olmasın. Bir də əgər ittiham əsassızdırsa, bunu faktlarla sübuta yetirim. Ondan o yana mənim aidiyyətim yoxdur.
- Bu günə qədər müvəkkilinizə qarşı prosessual pozuntular olub?
- Hələ ki yoxdur. Prosessual pozuntular olanda vəsatətimi verirəm.
- Belə məlumatlar vardı ki, Akif Çovdarov həbs olunanda əlinə qandal vurulmasına etiraz edib. General olduğunu deyib, buna etiraz səsini qaldırıb...
- Bu məlumat düz deyildi. Yazdılar ki, Bakı Apelyasiya Məhkəməsində belə bir məsələ olub, deyib ki, mən generalam. Belə bir şey olmamışdı. Biz ümumiyyətlə apelyasiya şikayəti verməmişdik.
- Niyə verməmişdiz?
- Bilirdik ki, mətbuat gələcək, gəlib şəkil çəkəcəklər. Artıq suallar olacaq. Əvvəlcədən onu da bilirdik ki, həbs qərarının dəyişdirilməsi üçün verəcəyimiz apelyasiya şikayəti təmin olunmayacaq. Bu mənasız bir iş idi, mətbuat gəlib çəkəcək. Ona görə də apelyasiya şikayəti vermədik.
- Bu hüququnuzdan istifadə etmək fikriniz var?
- Artıq müddət ötüb, apelyasiya şikayəti verə bilmərik.
- Mətbuatda Akif Çovdarovun adı daim çəkilib, mətbuatın onun fotosunu çəkəcəyi nəyi dəyişəcəkdi?
- İstəmədi ki, onu belə çəksinlər.
- Akif Çovdarovun adı mətbuatda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin döyülməsində, Eynulla Fətullayevin şərlənərək həbs olunmasında və digər çeşidli cinayət olaylarında “baş qəhrəman” kimi çəkilib.
- Mən bu məsələlərlə bağlı nəsə demək istəmirəm.
- Jurnalistlərin öldürülməsi, döyülməsi, şərlənərək həbsi ilə bağlı epizodlar araşdırılırmı?
- Bu günə qədər araşdırma predmeti deyil. Sonra nə olacaq deyə bilmərəm.
- Dediniz ki, günlərlə iş üzrə zərərçəkənlərlə üzləşdirmələr keçirilir. Akif Çovdarov həmin zərərçəkənlərə qarşı törətdiklərini təsdiqləyir?
- Mən iltizam vermişəm. Ona görə də hər şeyi danışa bilmərəm. İş məhkəməyə gedəndə hamı görəcək ki, hansı işlərdən söhbət gedir.
- Akif Çovdarovu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edirlər. Konkret nədə ittiham olunub? Vəzifəsini aşıb kimisə dinləyib, yoxsa kimlərisə qanunsuz həbs edib?
- Akif Çovdarovun qanunsuz dinləmələrə aidiyyəti yoxdur. O, dinləmə idarəsinin rəisi olmayıb ki... digər ittihamlardır.
- Akif Çovdarov necə hesab edir, ittihamlar əsaslıdır?
- Mən bu haqda nəsə demək istəmirəm. Akif Çovdarov həbs olunan ilk vəzifəli şəxs deyil ki... Ondan vəzifəcə qat-qat artıq olan şəxslər həbsdə olub.
- Onun sağlıq durumunda problemlərin olması haqda məlumatlar vardı. Necədir Akif Çovdarovun durumu?
- Bununla bağlı nəsə demirəm. Demirəmsə də, bunun da səbəbi var.
- Adətən həbsə alınanlar həkimsizlik problemindən şikayətlənirlər. Müvəkkiliniz vaxtı-vaxtında həkim xidmətindən istifadə edə bilir?
- Şikayəti yoxdur. Hazırda sağlığında kifayət qədər problemləri var, özü də çox böyük problemlərdir. Bununla bağlı sənədləri istintaqa da, Penitensiar Xidmətə də təqdim etmişəm. Bilirlər, məlumatlıdırlar.
- Müvəkkilinizin ağır şəkər xəstəsi olması haqda xəbərlər vardı.
- Şəkər deyil, onun xəstəliyinin yanında şəkər elə-belə şeydir. Dərinə getməyin, verdiyiniz suallara cavab verə bilmirəm. Əgər mənə nə vaxtsa deyilsə ki, çıx mətbuata sağlığımla bağlı açıqlama ver, onda bu haqda danışarıq.
- Akif Çovdarov kamerada tək saxlanılır?
- Yox, onunla digər şəxs də saxlanılır.
- Həmin məhbus da MTN əməkdaşıdır?
- Yox, həmin şəxs MTN işçisi deyil. Bildiyim qədər MTN işində tutulanlar iki nəfərlik kameralarda saxlanılır. Amma heç biri MTN-dən olan təqsirləndirilənlə birgə saxlanılmır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024
13:38 Kürdə bir nəfər batdı