Mobil versiya
AZAL: 230 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb
Tarix: 24-03-2020 | Saat: 19:50
Bölmə:Karusel / Ölkə | çapa göndər

AZAL: 230 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb





Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinidən Aia.Az-a verilən məlumata görə, martın 24-də AZAL Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

Ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024