Mobil versiya
Koronavirusa daha çox bu zonanın əhalisi yoluxub
Tarix: 24-03-2020 | Saat: 12:57
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Koronavirusa daha çox bu zonanın əhalisi yoluxub




Səhiyyə Nazirliyi koronavirusa yoluxan şəxslərin statistikasını açıqlayıb.

Aia.az-ın verdiyi xəbərə görə, nazirin müavini Viktor Qasımov bildirib ki, onlardan 30-a yaxın şəxs xaricdən gələnlərdir, qalanı ölkə daxilində yayılanlardır. Xəstəliyə tutulanların əksəriyyəti cənub zonasındandır:

"Çünki bildiyiniz kimi sərhədlər, xüsusilə İranla hələ ki tam bağlanmamışdı. Ona görə müəyyən qədər soydaşlarımız ölkəyə daxil olmuşdu. Onlar arasında çox güman ki, xəstəlik gəzdirənlər də var idi. Biz də testləşmə nəticəsində bu halları müəyyən edirik".

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov qeyd edib ki, xəstələrin sayı onları bölgələrə ayırmağa əsas vermir: "61 xəstə var və onlardan çoxu bu yaxınlarda sağalıb evə buraxılacaq".

Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev bildirib ki, ilk günlərdə əsasən əcnəbilər və xaricdə yaşayan Azərbaycan vətəndaşlarında virus aşkar edilmişdi: "Bununla bağlı da ölkəmiz tərəfindən qonşu dövlətlərlə qarşılıqlı razılıq əsasında sərhədlərin bağlanması istiqamətində tədbirlər həyata keçirildi. Elektron vizaların verilməsi dayandırıldı. Bütün bu kompleks tədbirlərin həyata keçirilməsi nəticəsində koronavirusun kütləvi şəkildə yayılmasının qarşısının alınması mümkün olub. Xaricdən gələn Azərbaycan vətəndaşlarında bu hala rast gəlindi. Amma burada heç bir ayrıseçkilik yoxdur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024