Mobil versiya
Salyan – Regionların Sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası uğurla davam edir
Tarix: 18-03-2020 | Saat: 12:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Salyan – Regionların Sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası uğurla davam edir





aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı ötən ilin əvvəlindən start verdiyi yeni layihəsini davam etdirir. Layihənin gedişində regionların dördüncü (2019-2023-cü illər) sosial-iqtisadi inkişafı Dövlət Proqramının 1-ci ilinin yekunları və növbəti ildə icrasına başlanmış işlərlə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən bəhs olunacaq.


Layihənin bugünkü seçimi Salyan rayonudur.



Regionların 4-cü sosial-iqtisadi inkişafı Dövlət Proqramında Salyan rayonu üzrə 2019-cu il üçün nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçirilib. 19 fevral 2020-ci il tarixində keçirilmiş Salyan Rayon İcra Hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağında təqdim olunan məlumatlarda da bu fakt öz təsdiqini tapmışdır. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayonunun 2019-cu ildə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı ətraflı çıxış etmiş, hesabat ili ərzində istər respublika, istərsə də rayonda əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. Geniş hesabat məruzəsi ilə çıxış edən rayon rəhbəri ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan, rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərindən, həyata keçirilən infrastruktur layihələrindən və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.

Emal sənayesinin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılır

Ötən il Salyan rayonunun Xıdırlı kəndi ərazisində iki emal müəssisəsinin tikintisi başa çatdırılmışdır. Bunlardan biri illik istehsal gücü 23,0 min dekalitr olacaq Zeytun zavodu, digəri isə illik istehsal gücü 6,0 mln ton olacaq Meyvə Emalı zavodudur. Zytun zavodunda 50 yeni iş yeri, Meyvə Emalı zavodunda isə 73 yeni iş yeri yaradılacaqdır. Müvafiq olaraq birinci tikintinin ümumi dəyəri 3,1 mln. manat, digərininki isə 4,2 mln. manat təşkil edir. Hər iki zavodda sınaq işləri aparılmışdır. Həmçinin Salyanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafı məqsədilə rayonun Qızılağac kəndi ərazisində 3000,0 hektar torpaq sahəsində Aqropark yaradılmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzi üçün rayonun Qaraçala qəsəbəsində pambığın ilkin emalı üçün mini zavod, texnika üçün talvar, anbar və asfalt meydançasının tikintisi üçün hazırlıq işlərinə başlanılmışdır.

Yeni iş yerlərinin açılması və əhalinin məşğulluğu məsələləri xüsusi diqqət mərkəzindədir



Görülən tədbirlər sayəsində hazırda Salyan rayonunda mütəmadi olaraq yeni iş yerləri açılmaqdadır. Əlbəttə ki, bu xüsusda rayonda sahibkarlığın daha da inkişafı üçün yaradılan şərait və bu zəmində yeni yaradılan istehsal və emal müəssisələrinin rolu xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə isə 2019-cu ildə açılmış yeni iş yerlərinin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artaraq 1879 vahidə bərabər olmuşdur. Onlardan 1298 vahid daimi iş yeridir. O, cümlədən yeni yaradılmış müəssisə və təşkilatlar hesabına iş yerlərinin sayı 3,2 dəfə artaraq 39 vahid olmuşdır. Mövcud müəssisə və təşkilatlarda isə bu göstərici 63 vahid, fiziki şəxslərdə 1196 yeni iş yeri açılmışdır. Bundan başqa rayonda davamlı olaraq aparılan abadlıq işləri və digər tədbirlər də əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayır. Belə ki, ötən il həmin tədbirlər üzrə vətəndaşların cəlb olunduqları iş yerlərinin sayı 581 vahid olmuşdur.



Bunu da qeyd etmək lazımdır ki, bu gün Salyanda əhalinin özünüməşğulluq proqramlarına cəlb edilməsi işi də intensiv şəkildə həyata keçirilməkdədir. Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən işsiz, xüsusilə əmək qabiliyyətli ünvanlı sosial yardım alan, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin özünüməşğulluq proqramına cəlb olunması istiqamətində aparılan işlərin davam etdirilməsi nəticəsində 2019-cu ildə 151 nəfər özünəməşğulluq proqramına cəlb edilmişdir. Bundan başqa da hazırda 1530 nəfər rayon sakini özünüməşğulluq proqramında iştirak etmək üçün Rayon Məşğulluq Mərkəzində qeydiyyatdan keçmişdir.

Əhali ilə keçirilən görüşlər bu ilin əvvəlində də yüksək intensivliklə davam etdirilib



Artıq dəfələrlə qeyd olunduğu kimi, Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmovun fəaliyyətinin əsaslarını təşkil edən iş prinsiplərindən biri də rayonun əhalisi ilə mütəmadi görüşlərin keçirilməsidir. Belə ki, yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemləri öyrənmək və həlli istiqamətində müvafiq tədbirlər görmək, bununla əlaqədar müntəzəm səyyar görüş və qəbulların keçirilməsi kimi məsələlər daim icra başçısı tərəfindən diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq keçirilən belə görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülür, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılır və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılması ilə əlaqədar təcili tədbirlər həyata keçirilir. O cümlədən, cari ilin ilk aylarında da cənab Sevindik Hətəmov tərəfindən ardıcıl olaraq bir sıra belə görüşlər keçirilmişdir. Belə ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yanvar ayının 9-da rayonun Arbatan kəndində, 14 yanvar 2020-ci il tarixində rayonun Yeni Uluxanlı və Qardili kəndlərində, yanvar ayının 21-də Sarvan kəndində, 28 yanvar 2020-ci il tarixdə Salyan 7 saylı texniki fənlər təmayüllü məktəb liseydə (şəhər əhalisi ilə), fevral ayının 4-də rayonun Qaraçala qəsəbəsində, 11 fevral 2020-ci il tarixində Aşağı Kürkənd kəndində, 25 fevral 2020-ci il tarixində rayonun Ərəbqardaşbəyli kəndində və mart ayının 3-də isə Çuxanlı kəndində əhali ilə görüşlər keçirmişdir.



Əlbəttə ki, keçirilmiş bu görüşlərdən hər biri, insanların sosial-məişət problemlərinin həlli baxımından böyün əhəmiyyət kəsb etmişdir. Çünki Salyan rayon İcra Hakimiyyətinin fəaliyyətini istiqamətləndirən əsas prinsiplərdən biri və bəlkə də ən vacibi məhz vətəndaş məmnunluğunun təmin edilməsidir.

Biz də öz növbəmizdə hörmətli Sevindik Hətəmovu və onun timsalında bütün Salyan sakinlərini Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, onlara doğma Azərbaycanımızın daha da inkişafı yönümündə gördükləri bütün işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024