“Yas mərasimlərində iştirak etmək vacib deyil” - Hacı Şahin
Tarix: 13-03-2020 | Saat: 12:16
Bölmə:Manşet / Ölkə | çapa göndər
“Dəfn mərasimindən sonra yas verilməsi şərt hesab olunmur”
Koronavirusla əlaqədar ölkəmizdə təhsil müəssisələri bağlanıb, bir çox kütləvi tədbirlər təxirə salınıb. Əhaliyə toy və digər el şənliklərinin bir müddət ləğv olunması, yas mərasimlərinin məhdudlaşdırılması tövsiyyə edilib.
Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin məsələ ilə bağlı Azvision.az -a açıqlamasında bildirib ki, indiki durumda yas yerlərində insanların kütləvi şəkildə iştirak etməməsi daha məqsədə uyğundur.
“Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı tövsiyəsi var ki, yas mərasimində insanlar kütləvi iştirak etməsinlər. Hətta bəzi mərasim zallarında müəyyən məhdudiyyətlər tətbiq edilib. Bununla bağlı insanlarla maarifləndirmə işləri aparılır. Çünki insanın özünü qoruması ilahi bir vəzifədir, Allah qarşısında məsuliyyətdir. Ona görə də yas mərasimlərində iştirak etmək dini nöqteyi nəzərdən vacib məsələ deyil. Dəfn mərasimi baş tutduqdan sonra insanların yenidən bir yerə yığışması, yas mərasimi verməsi şərt hesab olunmur. Əlbəttə, yası təxirə salmaq olmur. Bu, bizim öz ixtiyarımızda deyil. Ancaq qısa müddətlik iştirak etmək olar”, - deyə ilahiyyatçı qeyd edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024