Mobil versiya
“Banklar dolları limitsiz satmalıdırlar” - Hüquqşünas
Tarix: 13-03-2020 | Saat: 09:50
Bölmə:İqtisadiyyat | çapa göndər

“Banklar dolları limitsiz satmalıdırlar” -


"Adam var, əlində 500 manatı var, qaçıb banka ki, tez həmin 500 manatı 300 dollara çevirsin. Adama deyirsən ki, axı 3 gün sonra sənə pul lazım olacaq, məcbur olacaqsan həmin dolları daha ucuz qiymətə satmağa. Eşidir, təsdiqləyir ki, belə də olacaq, amma yenə də gedib dollar alır. İqtisadiyyatın qanunu budur ki, nəsə qıt olanda hamı onu almağa çalışır. Düşünürlər ki, bahalaşacaq, qaçım alım. Mərkəzi Bank belə şəraitdə vəziyyətdən çıxmaq üçün hər gün dollar hərracı keçirməli, banklara dollar satışını artırmalıdır”.

Bunu Azərbaycan Mərkəzi Bankında, digər banklarda rəhbər vəzifələrdə çalışmış hüquqşünas Əkrəm Həsənov deyib.

Ə.Həsənovun sözlərinə görə, gündə 3 dəfə dollar hərracı keçirib banklara dollar satılmalıdır ki, tələbat ödənsin: "Limitlə dollar satışı qanunsuzdur. Qanun tələb edir ki, banklar dolları limitsiz satsınlar. Bu gün banklarda olan ajiotaj məhz həmin o qanunsuzluğa görədir. Əhaliyə də tövsiyəm budur ki, 1 aylıq xərclərini dollara dəyişməsinlər. Neftin qiyməti qalxsa, devalvasiya olmayacaq. Son puluna dollar almaq lazım deyil”.

Əkrəm Həsənov banklarda müşahidə olunan müştəri sıxlığının koronavirus infeksiyası üçün əlverişli mühit yaratdığını da deyib: "İstənilən bankın internet saytına girin, orada bölmələr var ki... sosial məsuliyyət bölməsi, məsələn. Yəni bunlar ictimaiyyət qarşısında məsuliyyətlərini dərk edirlər və qanunvericiliyin tələb etdiyindən əlavə tədbirlər də görürlər. Sosial məsuliyyətin tərkib hissəsi həm də belə hallarda əhalinin qeydinə qalmaqdır. Əgər həqiqətən də sosial məsuliyyəti dərk edirlərsə, indiki məqamda hamı ki gəlib dollar almağa, buna uyğun da işlərini qurmalıdırlar. Ola bilər ki, banka gələn müştərilərdən biri virusa yoluxub. Dezinfeksiya olsa, müvafiq havalandırma işləri görülsə, həmin virusun yayılma təhlükəsini önləmək olar. Baş verənlər onu göstərir ki, banklarımız əhalinin dostu deyil, sosial məsuliyyətlə bağlı bəyanladıqları prinsiplərə də sadiq deyillər”.

Hüquqşünas qeyd edib ki, banklar işçilərinin sağlamlığının da qeydinə qalmalıdır: "İşçilər səhər 9-dan axşam 6-ya qədər, bəzi banklarda 7-yə qədər iş başındadırlar. Onların tibbi maska ilə təminatı, müştərilərin dezinfeksiyaedici məhlullardan istifadə edərək bank binalarına daxil olması təmin olunmalıdır. Elementar gigiyena məsələlərinə diqqət artırılmalıdır. Bank filiallarına gün ərzində yüzlərlə, minlərlə müştəri gəlir. İşəgötürənlər işçilərin sağlamlıqları haqqında düşünməli, müvafiq tədbirlər görməlidirlər”. "Yeni Müsavat”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024