Çox pis vəziyyətdə olan tibb müəssisələri əhaliyə necə tibbi xidmət göstərir? - FOTO
Tarix: 10-03-2020 | Saat: 17:12
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Ölkə ərazisində bir sıra tibb müəssisələrinin qənaətbəxş vəziyyətdə olmadığına dair sosial şəbəkələrdə fotolaryayılıb.
Oxu.Azxəbər verir ki, sözügedən tibb müəssisələri pis vəziyyətdə olsalar da, hazırda fəaliyyət göstərirlər.
Həmin müəssisələrdən biri Gəncə şəhər 1 saylı Uşaq Poliklinikası, digəriisə Qaradağ rayonu Puta qəsəbəsindəkiyararsız vəziyyətdə olan tibb məntəqəsidir.
Hər iki tibb müəssisəsi çox pis vəziyyətdədir. Bu şəraitdə onların vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərəcəyi ciddi şübhələr doğurur.
Məsələyə rəsmi münasibət öyrənmək üçünOxu.Azİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həmin müəssisələrlə bağlı sorğu ünvanlayıb.
Agentliyincavabındaqənaətbəxş vəziyyətdə olmayan tibb müəssisələrinin mövcudluğutəəssüflə qeyd edilib:
"Son 10 il ərzində ölkə başçısı tərəfindən regionlardakı tibb müəssisələrində yenidənqurma işlərinin görülməsi məqsədi ilə maliyyə vəsaiti ayrılıb. Bunun nəticəsidir ki, regionların bir çoxunda yeni inşa edilmiş, müasir tibbi avadanlıqlarla təchiz edilmiş tibb müəssisələri fəaliyyət göstərir. Lakin hələ də bəzi regionlar var ki, orada tibb müəssisələrinin şəraiti qənaətbəxş deyil. Hazırda tibb müəssisələrinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilməsi ilə bağlı təhvil-təslim işləri aparılır. Ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə uyğun olaraq, tibb müəssisələrinin təkmilləşdirilməsi istiqamətində növbə ilə lazımi tədbirlər görülür.
İlkin mərhələdə mərkəzi rayon xəstəxanalarının, növbəti mərhələdə isə artıq ambulator-poliklinik müəssisələrin yenidən qurulması istiqamətində tədbirlər görüləcək. Qeyd edək ki, bəzi regionlarda tibb müəssisələrinin şəraitinin yaxşılaşdırılması məqsədi ilə maliyyə vəsaitinin ayrılması istiqamətində İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi təkliflərini hazırlayıb və aidiyyəti qurumlara təqdim edib”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024