Mobil versiya
Koronavirus Seyrana təsir etmədi - KONSERTİ BAŞ TUTDU
Tarix: 10-03-2020 | Saat: 15:06
Bölmə:Şou-biznes | çapa göndər

Koronavirus Seyrana təsir etmədi -




Koronavirusun təhlükəsinə baxmayaraq, Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov martın 6-da Berlində ilk dəfə olaraq "Spirit of Caucaus" (Qafqazın ruhu) adlı konsert verdi.

aia.az-ın məlumatına görə, konsertdən əvvəl çıxış edən S.İsmayılxanov ona göstərilən dəstəyə və yaradıcılığına verilən yüksək qiymətə görə tamaşaçılara minnətdarlığını bildirib. İfaçı tamaşaçılar qarşısında alman dilində moderasiya olunan 22 Azərbaycan xalq mahnıları ilə çıxış edib.

Təxminən 2 saat səhnədə mahnıları ilə bərabər şouları ilə tamaşaçıları əyləndirən Seyranı azərbaycanlarla bərabər almanlar da izləyib.

Sonda müğənni səmimi qəbula görə tamaşaçılara bir daha təşəkkür edib. S.İsmayılxanov deyib:

“Konsertə gələn hər kəsə, xüsusilə də Alman-Azərbaycan Dostluq Cəmiyyətinə yaxından əməkdaşlığa görə təşəkkür edirəm”.

Qeyd edək ki, konsertin dəstəkçisi "Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi"dir.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024