Mobil versiya
Azərbaycanlılar Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər - FOTO
Tarix: 21-02-2016 | Saat: 14:22
Bölmə:Gündəm / Manşet / Aia TV | çapa göndər


İştirakçılar tələb irəli sürüblər.

İsveç Azərbaycanlıları Konqresinin üzvləri Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Ermənistanın bu ölkədəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.
Aia.az AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya İsveç cəmiyyətini 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdiyi qətliam barədə məlumatlandırmaq məqsədilə təşkil olunub.

İştirakçılar bu soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və onu törədən şəxslərin beynəlxalq məhkəməyə verilməsi tələbini irəli sürüblər.

Əllərində Ermənistanın cinayətkar rəhbərliyini və bu dövlətin işğalçılıq siyasətini pisləyən şüarlar yazılmış plakatlar tutan aksiya iştirakçıları şəhər sakinlərinə Xocalı soyqırımına dair məlumatların yer aldığı vərəqələr paylayıblar.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024