Mobil versiya
“SEVİMLİ ŞƏHƏRİN NƏFƏSİNİ BU ÜNVANDA İZLƏYİN!” - Daha bir “SALAM BAKU” restoranı Nərimanov rayonunda paytaxt sakinlərinə qucaq açdı
Tarix: 07-03-2020 | Saat: 10:49
Bölmə:Ölkə | çapa göndər

“SEVİMLİ ŞƏHƏRİN NƏFƏSİNİ BU ÜNVANDA İZLƏYİN!” -



Sonsuz qayğıları, təbəddülatları ilə çarpışan narahat dünyamızda "sabitlik adası” olan Azərbaycanımızın "ürəyi” Bakı öz ahəngdar ritmi ilə yaşayır, paytaxtımızda həyat öz rəvan axarı ilə davam edir. Vətəndaşlar həm faydalı məşğulluqlarını təmin etmək, həm də asudə vaxtlarını səmərəli keçirmək üçün dövlətimizin yaratdığı bol imkanlardan faydalanırlar. Yaradıcı insanlar kreativ ideyalar reallaşdırır, iş adamları maraqlı layihələr həyata keçirirlər.

Martın 6-da paytaxtın Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsi - 16 A ünvanında "Salam Baku” restoranının möhtəşəm açılışı oldu. Restoranın sahibləri Elcin və Ağasəlim cənabları açılışın rəmzi olan qırmızı lenti kəsdilər. Media və şou-biznes nümayəndələrinin iştirak etdikləri açılış mərasimində qonaqları qarşılayan təşkilatçı sahibkarlar restoran barədə məlumat verdilər. Bildirdilər ki, müştərilər burada özlərini qonaq kimi deyil, evlərindəki kimi hiss edəcəklər: "Əziz dostlar, sizləri "Salam Baku” restoranında unudulmaz istirahət və inanılmaz dərəcədə dadlı yeməklər gözləyir. Xüsusilə də milli mətbəximizə olan sevgimiz sərhədsizdir. Musiqi sədaları altında əyləşib, gümrahlandırıcı bir fincan çay içərək ailənizlə, dostlarınızla yaxşı vaxt keçirməkdən, sevimli şəhərin nəfəsini izləməkdən daha gözəl nə ola bilər? İnanırıq ki, restoranımızın zəngin və çeşidli menyusunun təamları və rahat ab-havası hər kəsin zövgünü oxşayacaqdır”.





Tədbirdə iştirak edən xanımları 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edən təşkilatçılar KİV əməkdaşlarından xahiş etdilər ki, "Salam Baku” kollektivinin təbrik nidasını media üzərindən bütün Azərbaycan xanımlarına çatdırsınlar. Bildirdilər ki, martın 8-də restorana təşrif buyuracaq zərif cinsin nümayəndələrini xeyli sürprizlər, güzəştlər gözləyir.





Bildiyimiz kimi, ilk dəfə "Salam Baku” restoranı İçərişəhərdə, Kiçik Qala - 126 ünvanda işə başlayıb. Həmin restoran indi də bakılıların və turistlərin sevimli istirahət məkanlarından biridır. Nərimanov metrosu yaxınlığında dünəndən fəaliyyətə başlayan yeni restoran isə əsasən biznes strukturlarının mərkəzi ofislərinin əhatəsində yerləşdiyindən, yəqin ki, daimi müştəriləri əsasən iş adamları olacaq. Burada infrastruktur baxımından da hər şey nəzərə alınıb, restoranın özünün xüsusi parkinq yeri də var.

Ceyhun Rüstəmov







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə