Mobil versiya
Azərbaycanda Uşaq Məlumat Bankı yaradılır
Tarix: 21-02-2016 | Saat: 11:23
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


“Belə bir sistemin yaradılması çox əhəmiyyətlidir”.

Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Uşaq Məlumat Bankının bu ilin aprel-may aylarında istifadəyə verilməsi nəzərdə tutulur.

Aia.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, hazırda bankın yaradılması üçün işlər aparılır:

“Banka ilkin olaraq, 2,5 milyon uşaq haqqında məlumatların yerləşdirilməsi nəzərdə tutulur.

Uşaq məlumat bankına uşaqlarla bağlı bütün məlumatlar - onların nailiyyətləri, valideynləri, qohumları, valideyn himayəsindən məhrum olub-olmaması, uşağın dövlət uşaq müəssisəsinə yerləşdirilib-yerləşdirilməməsi, uşağın zorakılığa məruz qalıb-qalıb qalmaması, yaxud onun özü tərəfindən zorakılığın törədilib-törədilməməsi, bir sözlə uşaq haqqında bütün məlumatlar daxil edilir.

Belə bir sistemin yaradılması çox əhəmiyyətlidir. Çünki gələcəkdə həmin sistem əsasında uşaqlara qarşı bütün zorakılıq faktları - məişət zorakılığı, insan alveri, o cümlədən, onların nailiyyətləri barədə bütün məlumatları ümumiləşdirərək təqdim edə biləcəyik. Bu da bizə uşaq siyasətinin formalaşdırılmasında böyük dəstək olacaq”.

E.Səfərov qeyd edib ki, Uşaq Məlumat Bankı yaradıldıqdan sonra məişət zorakılığı qurbanları ilə bağlı məlumat bankının yaradılması üçün texniki hazırlıq işlərinə başlanılacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024