Operativ qərargah: Azərbaycanda koronavirusun təsdiqləndiyi 3 nəfərin vəziyyəti stabildir və həkim nəzarətindədirlər
Tarix: 05-03-2020 | Saat: 12:33
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Koronavirusla bağlı İsraildən Azərbaycana ekspertlər gələcəklər.
Trend-in məlumatına görə, bunu koronavirusla əlaqədar keçirilən brifinqdə Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirusun təsdiqləndiyi 3 nəfər var. Onların vəziyyəti stabildir və həkim nəzarətindədirlər:
"İranla sərhəddə 14 günlük karantin tətbiq edilir. 276 nəfər xüsusi dəhliz vasitəsilə İrandan Azərbaycana keçib. Onların hamısı karantin şəraitində saxlanılır".
Y.Qarayeva əlavə edib ki, xəstəliyin diaqnostikası yalnız ÜST-ün tələblərinə cavab verən testlər vasitəsilə aparılır.
O qeyd edib ki, martın 3-dən 9-dək təhsil müəssisələrinin bağlanması qabaqlayıcı tədbirdir:
"Valideynlər uşaqları bu müddətdə qapalı yerlərə aparmasınlar. Xahiş edirik ki, hər kəs bizim verdiyimiz tövsiyələrə əməl etsin".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
11:40 Şuşa Zəfərinə gedən yol
11:16 İranda yenə zəlzələ oldu
10:34 Dünya Bakıda toplaşıb !