Mobil versiya
İH: Yevlax rayon ərazisi dezinfeksiya edilib
Tarix: 05-03-2020 | Saat: 09:30
Bölmə:Ölkə | çapa göndər

İH:


Yevlax rayonunda koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.

Rayon İcra Hakimiyyətindən aia.az-a verilən məlumata görə, şəhərdəki yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, həmçinin Heydər Əliyev Mərkəzi, Yevlax Şəhər “Cümə” məscidi, rayonun məktəbəqədər və orta təhsil müəssisələri, kitabxanalar, mərkəzi bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektləri, ərazidəki konteyner meydançalarında, bir sözlə, insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılır. Bu işlər həm də rayonun kəndlərində də keçirilir.

Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Şəhər İcra Hakimiyyəti tərəfindən Yevlax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, kənd icra nümayəndələrinə, bələdiyyələrə aidiyyəti göstərişlər verilib və görülən işlər barədə Şəhər İcra Hakimiyyətinə mütəmadi olaraq məlumatlar verilir.

İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Yevlax şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə də dezinfeksiya işləri davam etdirilir.

Səhiyyə Nazirliyinin Respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən, görülən bütün işlər müvafiq kimyəvi preparatlarla həyata keçirilir. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.

Həmçinin sakinlərə dezinfeksiya tədbirləri ilə yanaşı, hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də izah edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5109 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2020
{sape_links}{sape_article}